Icma.az
close
up
RU
Trampdan Qərbə NATO hədəsi: ABŞ Alyansdan gedir?

Trampdan Qərbə NATO hədəsi: ABŞ Alyansdan gedir?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.

Bakıvaxtı.az-ın məlumatına görə, o bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Tramp Ukraynaya hərbi yardımı azaldacağını da elan edib. Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı sualı cavablandıran Tramp qeyd edib ki, o, vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-nin əvvəlki səviyyədə dəstəyini görməyə bilər.

Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Donald Trampın açıqlaması əslində Qərb ölkələrinə mesaj və blef kimi də dəyərləndirilə bilər.

Onun sözlərinə görə, Tramp bundan öncəki hakimiyyəti dövründə NATO-ya üzv dövlətlərin hərbi alyansa dəstəyini artırmaq məqsədi ilə həmin dövlətlərdən Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizini təşkilata ayırmalarını istəyirdi:

"Amma Trampın ozamanki tələbi NATO üzvləri tərəfindən yerinə yetirilmədi və belə bir məbləğ ödənilmədi. ABŞ rəhbərinin məqsədi aydındır. Tramp hər zaman deyib ki, NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərində düşməməlidir. Avropa ölkələri də maliyyə ayrılması məsələsində əsaslı rol oynamalıdır. Ona görə də Avropa ölkələrinin hərbi alyansın maliyyələşməsində iştirak payını çoxaltmaq məqsədi ilə bu cür mesajlar verir”.

Samir Hümbətov: Vaşinqtonun Kiyevə dəstəyi də qaçılmazdır

Müsahibimizə görə, ancaq ABŞ-nin NATO-dan çıxacağı inandırıcı görünmür:

“Vaşinqtonun Kiyevə dəstəyi də qaçılmazdır. Ola bilsin, maliyyə məsələsində müəyyən azalmalar müşahidə olunsun, amma bu, dəstəyin tamamilə kəsilməsi anlamına gəlmir".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see231

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri