Trampdan SON DƏQİQƏ AÇIQLAMASI: “İran rəsmiləri nüvə sazişi bağlamağı xahiş edirlər” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlayaraq Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın bağlanmasını istəyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Tramp NBC News telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, İran daha əvvəl razılaşma əldə etmək üçün imkanı əldən verib:
“Onlar sazişi bağlamaq fürsətini qaçırdılar. Ola bilsin, indi onların yeni bir imkanı olacaq. Gözləyək, görək.”
Jurnalistin “İranın indi, İsrailin son hava zərbələrindən sonra, niyə razılaşmaya maraqlı olduğunu düşünürsünüz?” sualına cavab verən Tramp deyib ki, İran rəsmiləri artıq bu məsələ ilə bağlı onunla əlaqə qururlar:
“Onlar mənə zəng edirlər ki, saziş barədə danışaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















