Icma.az
close
up
RU
Trampdan texnoloji hücum: Yarımkeçiricilərə 100% rüsum tətbiq ounacaq

Trampdan texnoloji hücum: Yarımkeçiricilərə 100% rüsum tətbiq ounacaq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı texnoloji sektor üçün radikal bəyanatla çıxış edib. Tramp bildirib ki, ABŞ xaricində istehsal olunan mikrosxemlər və yarımkeçiricilər üçün 100%-lik idxal rüsumu tətbiq edəcək. “Əgər siz bu məhsulları ABŞ-da istehsal edirsinizsə, rüsum ödəməyəcəksiniz. Əgər isə istehsal etdiyinizi iddia edirsiniz, amma əslində etmirsinizsə, biz bunu yoxlayacaq və cərimə tətbiq edəcəyik”, – deyə Tramp vurğulayıb.

Trampın bu bəyanatı Apple şirkətinin növbəti illərdə ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə qoymaq planı fonunda səsləndirilib. Analitiklər bu addımı təkcə iqtisadi təşviq deyil, Çinə qarşı strateji təzyiq vasitəsi kimi dəyərləndirirlər.

2018-ci ildən bəri davam edən ABŞ-Çin ticarət qarşıdurması artıq yeni mərhələyə qədəm qoyub. Mikroelektronika, xüsusilə də yarımkeçiricilər XXI əsrin "nefti" kimi qiymətləndirilir. ABŞ bu sahədə öz mövqelərini qorumaq, Çinlə texnoloji asılılığını azaltmaq və daxili istehsalı gücləndirmək üçün sərt tədbirlərə əl atır.

Tramp administrasiyasının yürütdüyü rüsum siyasəti hazırda texnoloji suverenliyin təmin olunması ilə əsaslandırılır. Bu istiqamətdə əsas hədəflər ABŞ şirkətlərini daxildə istehsala təşviq etmək, Çindən idxal asılılığını minimuma endirmək və qlobal tədarük zəncirlərini yenidən qurmaqdır. Yarımkeçirici bazarında belə yüksək rüsumlar qiymət artımı, təchizat qıtlığı və istehsal xərclərinin yüksəlməsi ilə nəticələnə bilər. Bu, yalnız Çin üçün deyil, ABŞ texnoloji sənayesindəki oyunçular üçün də sınaq olacaq.

Bəzi analitiklərin fikrincə, Trampın bu bəyanatı Tayvan, Vyetnam və Hindistan kimi ölkələr üçün fürsət pəncərəsi açır – bu ölkələr artıq uzun müddətdir ki, “Çinə alternativ texnoloji istehsal mərkəzləri” kimi nəzərdən keçirilir.

 Trampın çıxışında xüsusi yer alan Apple şirkəti son illərdə istehsalının bir qismini Hindistana və Vyetnama yönəltmişdi. Lakin şirkətin ABŞ-a bu həcmdə sərmayə yatırmaq niyyəti Trampın siyasəti ilə paralel irəliləyən bir strategiyanın göstəricisi kimi qiymətləndirilir. Bu investisiya planı həm də Trampın seçkiqabağı kampaniyasında “Amerikanın iqtisadi dirçəlişi” narrativini dəstəkləyən əsas sütunlardan biridir.

Ekspertlər hesab edirlər ki, Trampın bəyanatı ABŞ-Çin arasında texnoloji soyuq müharibənin daha da kəskinləşəcəyinə işarədir. Mikroçiplər həm mülki, həm də hərbi texnologiyaların əsasını təşkil etdiyindən, bu sahədəki qarşıdurma yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələdir. Birləşmiş Ştatlar bu sahədə dominantlığını qorumaq istəyir, Çin də “Made in China 2025” proqramı çərçivəsində texnoloji özünütəminatlılığa can atır.

Mütəxəssislərin sözlərinə görə, Donald Trampın 100%-lik rüsum təklifi ABŞ-ın texnoloji sektorda özünüqoruma və üstünlük iddiasının ifadəsidir. Bəs bu bəyanat ABŞ-Çin münasibətlərini daha da gərginləşdirə, dünya texnoloji bazarında isə yeni dinamikalar formalaşdıra bilərmi? Sual açıq qalır. "Texnologiyada qlobal liderlik uğrunda mübarizənin qalibi kim olacaq?" sualına da cavab vermək getdikcə çətinləşir. 

Səbuhi MƏMMƏDOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri