Trampdan xəbərdarlıq: Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp demokratların Konqresdə keçiriləcək aralıq seçkisində qalib gələcəyi təqdirdə ölkənin son respublikaçı prezidenti ola biləcəyini bildirib.
Oxu.az xəbər verir ki, Tramp bu barədə "Punchbowl News" portalına müsahibəsində danışıb.
"Əgər onlar (demokratlar) seçilsələr, ola bilsin ki, mən sonuncu respublikaçı prezident olum", - deyə Tramp bildirib.
Bununla yanaşı, Tramp respublikaçıların qələbəsinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bunun üçün Senat "daha ağıllı davranmalıdır".
ABŞ-də aralıq seçkisi noyabrın 3-də keçiriləcək. Seçkidə Senatın üçdəbiri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən formalaşdırılacaq.
Hazırda Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasının nəzarətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















