Icma.az
close
up
RU
Trampdan Zelenski haqqında sərt açıqlama: Onun lovğalanmaq üçün heç bir əsası yoxdur!

Trampdan Zelenski haqqında sərt açıqlama: Onun lovğalanmaq üçün heç bir əsası yoxdur!

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ukraynada vəziyyət dəhşətlidir. Zelenski sülhə razı olmasa, daha üç il döyüşüb, bütün ölkəni itirə bilər.


Sherg.az xəbər verir ki, bu sözləri “Truth Social” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Tramp yazıb.

"Ukrayna Prezidenti Volodimir Zelenski "The Wall Street Journal" qəzetinin birinci səhifəsində bəyan edib: “Ukrayna Krımın işğalını hüquqi baxımdan heç vaxt tanımayacaq. Bu mövzuda danışmağa belə dəyməz”. Bu açıqlama Rusiya ilə sülh danışıqlarına ciddi zərər vurur. Çünki Krım illər əvvəl, Barak Hüseyn Obamanın prezidentliyi dövründə, demək olar ki, heç bir müqavimət göstərilmədən itirildi və artıq danışıqlar masasında bir mövzu kimi belə yer almır.

Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımağı tələb etmir. Amma əgər o, doğrudan da Krımı istəyirdisə, niyə 11 il əvvəl – Krım bir güllə belə atılmadan Rusiyaya keçəndə – onun uğrunda mübarizə aparmadılar? Həmin ərazi “Obama təhvili”ndən çox-çox əvvəl Rusiya hərbi-dəniz qüvvələrinin əsas sualtı qayıq bazalarına ev sahibliyi edirdi. Məhz Zelenskinin bu cür ritorikası münaqişənin sülhlə həll olunmasını çətinləşdirir. Onun lovğalanmağa heç bir əsas; yoxdur.

Ukraynanın vəziyyəti olduqca ağırdır - ya sülh əldə edə bilər, ya da üç il də döyüşüb, nəticədə bütün ölkəni itirə bilər. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur, amma hər həftə səbəbsiz yerə həyatını itirən, orta hesabla beş min rus və ukraynalı əsgərin taleyinə biganə qala bilmərəm.

Zelenskinin bu gün verdiyi açıqlama yalnız “ölüm tarlasını” bir qədər də uzadacaq. Bunu isə heç kim istəmir! Biz sazişə çox yaxınlaşmışıq, amma “əldə heç bir kartı olmayan” bu şəxs indi, nəhayət, bu işi başa çatdırmalıdır. Mən Ukraynanın və Rusiyanın bu fəlakətdən çıxmasına yardım etməyi səbirsizliklə gözləyirəm. Belə bir müharibə mən prezident olsaydım, ümumiyyətlə, başlamazdı!", - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri