Icma.az
close
up
RU
Trampı o qadına niyə uduzdurdular? Dünyanın heyrət içində: sürpriz qərarın pərdəarxası

Trampı o qadına niyə uduzdurdular? Dünyanın heyrət içində: sürpriz qərarın pərdəarxası

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatı ala bilməməsi bəzi izləyicilər arasında müharibələrin yenidən qızışa biləcəyi barədə müzakirələrə səbəb olub. Tramp iddia edirdi ki, o, bu mükafatı sülh yaratdığı və münaqişələri dayandırdığı üçün almağa layiqdir. Lakin bu il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin tanınmış lideri Maria Corina Machadoya verilib.

Marianın Nobel almasını ekspertlər simvolik addım və beynəlxalq diqqət yaratmaq məqsədli qərar kimi qiymətləndirirlər. Nobel Mükafatı ölkədə real siyasi dəyişiklik yaratmasa da, müxalifət və hökumət arasında gərginliyi artırmaq potensialına malikdir.

Bəs bu, Venesuelada siyasi gərginliyi daha da dərinləşdirə bilərmi?

Globalinfo.az-a danışan Nobel Mükafatı laureatlarının tədqiqatçısı, fəlsəfə doktoru Etibar Əliyevin sözlərinə görə, Nobel Mükafatlarının xüsusilə ədəbiyyat və sülh sahəsində təqdim edilməsində bəzən gözlənilməz qərarlarla qarşılaşmaq mümkündür.

O bildirib ki, statistik olaraq, bu sahədə verilən proqnozların 90 faizi özünü doğrultmur:

“Bunun səbəbi isə 1901-ci ildən fəaliyyət göstərən Nobel Komitəsinin qapalı və sərt prinsiplərə əsaslanan iş mexanizmi ilə bağlıdır. Namizədlərin adları gizli saxlanılır və mükafat yalnız Alfred Nobelin vəsiyyətində qeyd olunan meyarlara tam uyğun gələnlərə təqdim olunur. Məsələn, heç kim 16 yaşlı Malala Yusafzayın Nobel Sülh Mükafatı alacağını gözləmirdi. Eyni zamanda, bir çox tanınmış siyasətçilər də namizəd göstərilsələr belə, mükafatdan kənarda qalıblar. Donald Trampa Nobel Sülh Mükafatının verilməməsi isə qlobal gərginliyi artıracaq hadisə kimi qiymətləndirilməməlidir”.

Müsahibimiz deyib ki, vaxtilə Barak Obama prezident olduğu dövrdə bu mükafatı alıb, amma onun fəaliyyəti nə dünya münaqişələrinin azalmasına, nə də sülhün möhkəmlənməsinə ciddi təsir göstərib:

Etibar Əliyev

“Yəni Nobel Sülh Mükafatı hər zaman real nəticəyə deyil, niyyət və simvolik mesajlara əsaslanır. Tramp iddia edir ki, o, bir sıra münaqişələrin həllinə töhfə verib. Lakin bu fəaliyyət hələlik obyektiv və ədalətli sülhün təmin olunması baxımından kifayət qədər əsaslı hesab edilmir. Tarixdə oxşar nümunə də var: Henri Kissincer və Vyetnam nümayəndəsi Le Duk To arasında. Onlar Vyetnam müharibəsində atəşkəsə nail olduqları üçün Nobel Sülh Mükafatına layiq görülmüşdülər, amma sülh tam bərqərar olmadığından Le Duk To bu mükafatdan imtina etmişdi”.

E.Əliyev bu il mükafatın Mariya Machadoya verilməsinin müəyyən suallar doğurduğunu vurğulayıb:

“Görünür, Nobel Komitəsi bu qərarı öz daxili prinsiplərinə əsasən verib. Amma sual yaranır: Machado konkret olaraq hansı münaqişələrin həllinə töhfə verib? Əksinə, bəzi analitiklər düşünür ki, bu addım Venesuelada vəziyyəti gərginləşdirə bilər. Oxşar hadisə illər öncə İranlı hüquq müdafiəçisi Şirin Əbədiyə də olmuşdu. Mükafat aldı, lakin az sonra İran hökuməti onu ölkədən çıxardı və hesablarını dondurdu. Çünki mükafatın siyasi simvola çevriləcəyindən ehtiyat edirdilər”.

Etibar Əliyevin fikrincə, Trampın gələcəkdə yenidən Nobel namizədləri arasında yer alması mümkündür:

“Əgər Tramp, həqiqətən sülh missiyasını önə çəkirsə, yəqin ki, bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək. Tarix göstərir ki, Nobel Sülh Mükafatı bəzən prezidentlik dövründə, bəzən isə post-prezident mərhələsində təqdim edilir. Məsələn, Ronald Reyqan bu mükafatı ala bilmədi, amma Cimmi Karter prezidentlikdən sonra layiq görüldü. Bəzi dairələr Trampın Nobel almamasına görə narazılıq ifadə etsə də, bu, onun üçün faciə deyil. Tramp kifayət qədər təcrübəli və praqmatik siyasətçidir. Əslində, narahat olanlar daha çox beynəlxalq dairələrdir. Çünki bir çox Amerika liderləri və dövlət xadimləri üçün Nobel Sülh Mükafatı yalnız nüfuz göstəricisi deyil, həm də siyasi irs məsələsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri