Icma.az
close
up
RU
TRAMPIN “SÜLH PLANI”NIN PƏRDƏARXASI Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın...

TRAMPIN “SÜLH PLANI”NIN PƏRDƏARXASI Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya - Ukrayna müharibəsinin dayandırılmasına dair 28 bənddən ibarət Uitkoff - Dmitriyev cütlüyü tərəfindən hazırlanmış və ABŞ Prezidenti Donalad Trampın da bəyəndiyi mürtəce “sülh planı”nın Ukraynaya qarşı yönəlmiş fəlakət ssenarisi olduğunu anlayan Avropanın aparıcı dövlətləri buna qəti etiraz etdilər.

ABŞ-nin Ukrayna müharibəsində ikibaşlı siyasət yürütməsi və Rusiya təcavüzünün legitimləşdirilməsinə şərait yaradan belə bir planın ortaya atılması Avropanı dərindən narahat etməyə bilməzdi. Elə bu səbəbdən də Avropa 24 bənddən ibarət öz layihəsini irəli sürüb və burada ən mühüm məqam Ukrayna ordusundakı silah və əsgər sayına heç bir məhdudiyyətin qoyulmamasıdır.

Heç şübhəsiz ki, Ağ Evdə Kiyevin və Avropanın “28 bəndlik cəfəngiyyata” necə sərt reaksiya verəcəklərini öncədən bilirdilər və bu səbəbdən də ABŞ ilə Ukrayna arasında Cenevrədə keçirilən görüş təsadüf sayıla bilməz. Həmin görüşdə tərəflər yenidən işlənmiş çərçivə sənədi tərtib ediblər və vurğulanıb ki, hər hansı gələcək sazişdə Ukraynanın suverenliyinə xələl gətirilmədən ədalətli sülhə gedilməlidir.

Siyasi gedişləri ilə tez-tez 180 dərəcə dönüş edən ABŞ Prezidentinin bir neçə aylıq fasilədən sonra qəflətən Ukraynanı təslimə vadar etməsi Zelenskini çətin vəziyyətdə qoydu. Pislə daha pis arasında seçim etməyə zorlanan Volodimir Zelenskinin xalqa müraciətindən aydın olur ki, Tramp sözügedən planın yerinə yetirilməsi üçün ona çox ciddi təzyiq göstərməklə yanaşı, hətta təhidid də edib.

Şübhəsiz ki, Tramp ictimaiyyət qarşısında söyləməsə də, hər halda fürsətdən istifadə edərək, xüsusi nümayəndələri vasitəsilə Zelenskini ölkə daxilindəki korrupsiya qalmaqalına görə də sıxıb. Zelenskiyə qarşı qəzəbini gizlətməyən Tramp jurnalistlərə müsahibəsi zamanı sülh planını belə şərh etmişdi: ”Əgər Zelenski bu layihəni bəyənmirsə, onda onlar müharibəni davam etdirməlidirlər. Düşünürəm ki, siz bilirsiniz ki, əgər o, razılaşmanı qəbul etməsə, ABŞ Ukraynaya dəstəyini durduracaq... O, bunu qəbul etməli olacaq... nə vaxtsa nə iləsə barışmalı olacaq... Unutmayın, bu yaxınlarda Oval Ofisdə ona dedim ki, sizin kartlarınız yoxdur. Unutmayın, mən bu müharibəni miras almışam".

Baş verənlərin qısaca xülasəsi ondan ibarətdir ki, ABŞ-dən Ukraynaya ultimativ foramda bildirilir ki, Krımın, Donbasın işğalı ilə barışmalısınız. Həmin plana əsasən ukraynalılar rusların işğal etmədikləri ərazilərdən çəkilməli, ordunu azaltmalı, təmas xəttində heç bir istehkam qurmamalı və uzaqmənzlli raketlərdən imtina etməlidirlər. Ukraynanın təhlükəsizlik təminatı barəsində isə aydın olmayan yayğın fikirlər səslənir.

Qərb ekspertləri deyirlər ki, bu plan sanki Kremldə hazırlanıb. Həqiqətən də, görəsən, onu tərtib edənlər hansı məntiqə söykəniblər? Dörd ilə yaxındır davam edən bu müharibədə Ukrayna yenilməyib ki, qəfildən kapitulyasiyaya məcbur edilsin. Rusiyanı “kağız pələng” adlandıraraq, onu məsxərəyə qoyan Donald Tramp Putinin müharibədə ciddi sayılacaq nailiyyət qazanmadığını bilmir?

Dünya tarixindən də bəllidir ki, müharibə əsasən tərfələrdən birinin ağır məğlubiyyətə uğraması və ya döyüşən tərəflərin yorulması nəticəsində dayanır. Rusiya-Ukrayna müharibəsinin gedişinə və xarakterinə diqqt etsək bəlli olar ki, perspektivdə ağır məğlubiyyətə uğrayan tərəf Rusiya olacaq. Rusiyanın Ukraynanı taqətdən salma planı gözlənilən nəticəni verməyib. Tramp tərəfindən “Rosneft” və “Lukoil” şirkətlərinə tətbiq edilən sanksiyalardan sonra Rusiya neftinin qiyməti kəskin aşağı düşüb. Hindistan tamamilə, Çin isə qismən Rusiya neftinin alışından imtina edib. Hazırda Rusiya “Urals” markalı neftin bir barelini 36 dollardan təklif edir. Ruslar bu addımı əlacsızlıqdan atıblar, əks halda, neft treyderləri onların neftindən tamamilə imtina edə bilərlər. Təbii qaz satışında da Rusiya xoşagəlməz durumla qarşılaşıb. “Reuters” agentliyinin məlumatına görə, Rusiyanın ən böyük Sıxılmış Təbii Qaz istehsalçısı olan “Novatek” şirkəti sanksiyalar ucbatından bir neçə aydır ki, çinlilərə bu yanacağı 30-40 faiz aşağı qiymətə satır. Ukrayna müharibəsindən öncə dünya bazarında təbii qaz satışının 25 faizi Rusiyanın payına düşürdü və nəticədə Moskva təxminən 120 milyard dollar pul qazanırdı. Proqnozlara görə, gələn il Rusiyanın təbii qaz satışından əldə edəcəyi gəlir heç 28 milyard dolları ötməyəcək. Aradakı ziyan 92 milyard dollardır!

Sadalanan bu iqtisadi problemlərlə yanaşı, üstəlik Ukrayna ordusu Rusiyadakı Neft Emalı Zavodlarını, mühüm enerji obyektlərini və strateji infrastrukturları tədricən sıradan çıxarmağa başlayıb. Bu zərbələrin qat-qat artacağına və növbənin iri sənaye müəssisələrinə və hərbi zavaodlara gələcəyinə şübhə yoxdur. Belə bir vəziyyətdə Rusiyanın Ukraynada üzücü və uzunmüddətli müharibə aparması xeyli müşükülləşəcək. Əgər Ukrayna uzaq məsafədən Rusiyanın neft, enerji və hərbi sektorunu iflic etməyə müvəffəq olarsa, bir illdən və ya il yarımdan sonra Rusiya iqtisadiyyatı dərin tənəzzüllə üzləşəcək və müharibənin yükünü qaldırmaq mümkün olmaycaq. Ukrayna dron/raket zərbələrinin sayı və effektivliyi duramdan artır və məhz bu amil ukraynalıların leyhinə işləyə bilər.

Deməli, belə çıxır ki, ABŞ Ukraynanı kapitulyasiyaya məcbur etmkələ Rusiyanın məğlub olmasını önləyir? Əgər “Uitkoff-Dmitriyev planı” Rusiyanın maraqlarına tam uyğun şəkildə tərtib edilibsə, o zaman ABŞ tərəfindən Rusiya neft şirkətlərinə tətbiq edilən sanksiyalar ya şou xarakterlidir, ya da ki, lap öncədən Trampın ehtiyatda daha bir planı olub. Hər şey irəlidə bəlli olacaq.

Gördüyümüz odur ki, Tramp böyük ölçüdə rusiyanın yox, Ukraynanın güzəştə getməsini istəyir. İlk baxışda bəlkə də elə təsəvvür yarana bilər ki, Ukrayna güzəştə getsə, bununla da müharibə dayanacaq və Rusiya bir daha Ukraynaya hücum etməyəcək. Buna inanmaq sadəlövhlükdür. Bəzi analitiklər Finlandiyanın 1940-cı ildə SSRİ-yə ərazi güzəştə getməsinin bu ölkənin sonrakı inkişafında və təhlükəsizliyində necə müsbət rol oynadığını nümunə çəkirlər və bildirirlər ki, Ukrayna buna bənzər addım atsa, onun gələcəyi üçün yaxşı olar. Lakin indi tamamilə başqa dövrdür və Rusiyanın başlıca niyyəti nəyin bahasına olursa-olsun Ukraynanı bir dövlət kimi siyasi xəritədən silməkdir.

Amma Kremlin nə istməsinə baxmayraq, əsl həqiqətdə, Rusiya yalnız Qərb dünyasının onun hərəkətlərinə göz yumması zamanı nəsə əldə edə bilər, necə ki,edib də. Müharibə açıq şəkildə Rusiyanın böyük güc olmadığını göstərir. Sadəcə, ABŞ Avropanı öz orbitində saxlamaq üçün lazımi məqamlarda müxtəlif üsullarla Rusiyadan məharətlə istifadə edir. ABŞ bir tərəfdən Ukraynadakı müharibə ilə Rusiyanı ilgəkdə saxlayır, digər yandan isə onu “şişirtməklə” Avropanı öz nəzarətindən çıxmağa qoymur.

Avropanın aparıcı ölkələri olan Almaniya, Fransa, Britaniya isə hələlik öz aralarında strateji baxımdan yekdil birlik qura bilməyiblər. Amma Rusiyanın Ukraynaya təcavüzü və ABŞ-nin ikibaşlı oyunları Avropanı tədricən hərbləşməyə sövq edir. Əgər Avropa yenidən qlobal nəhəngə çevrilərsə, o zaman gələcək perspektivdə Rusiya Avropa və Çin arasında bərk əziləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see305

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see284

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see229

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see221

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see128

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri