Icma.az
close
up
RU
Politoloq: 28 bəndlik sülh sənədi Putinin xeyrinə yazılıb

Politoloq: 28 bəndlik sülh sənədi Putinin xeyrinə yazılıb

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 Trampın irəli sürdüyü layihə Ukrayna üçün ağır və qəbulolunmaz şərtlər ehtiva edir

 

Vasif Əfəndiyev: “Putinlə bağlanacaq istənilən müqavilə kağız parçasıdır, siyasi zəmanət yoxdur”

ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən Rusiya və Ukraynaya təqdim olunan 28 bəndlik sülh planı Kiyev və Avropa Birliyi tərəfindən tənqidə məruz qalıb. "Bloomberg" yazıb ki, bu sənəd Kremlin hərbi hədəflərinə uyğun tələbləri ehtiva edir. Nəşrin əldə etdiyi sənədin surətinə əsasən, Ukrayna Krım, Luqansk və Donetski “de-fakto Rusiya ərazisi” kimi tanıyacaq. Donetskin Rusiya tərəfindən işğal edilməmiş hissələrindən qoşunları çıxaracaq. Rəsmi olaraq Rusiya ərazisi kimi tanınacaq qeyri-hərbi bufer zona yaratmağa razılaşacaq. 100 gün ərzində seçkilər keçiriləcək. NATO-ya üzvlükdən imtina və bunu Konstitusiyada təsbit etmək tələb olunacaq. Plan üzrə Rusiya qeyri-hərbi zonaya qoşun göndərməməli və Avropa ölkələrinə hücum etməmək öhdəliyi götürməlidir. Amma bu bəndin icrasına nəzarət mexanizmi sənəddə göstərilməyib. Plan Ukraynanın təhlükəsizliyi üçün Vaşinqtona kompensasiya qarşılığında ABŞ tərəfindən təminatlar nəzərdə tutur. Rusiya isə G8 formatına qaytarılır və sanksiyalar ləğv edilir. Bundan əlavə, ABŞ və Rusiya iqtisadi əməkdaşlığı genişləndirir və birgə investisiya fondu yaradır. Ukraynanın bərpası üçün 100 milyard dollar həcmində dondurulmuş Rusiya aktivlərindən ABŞ rəhbərliyi ilə birgə istifadə nəzərdə tutulur. Mətn Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və rusiyalı həmkarı Kirill Dmitriyev tərəfindən razılaşdırılıb. Ağ Evin planının Tramp tərəfindən dəstəkləndiyi barədə açıqlamasına baxmayaraq, danışıqlar hələ də qeyri-müəyyən vəziyyətdədir. Prezident Volodimir Zelenski sənədi nəzərdən keçirdiyini açıqlasa da, bu şərtləri qəbul etməyə hazır olduğuna dair heç bir işarə yoxdur. Avropa İttifaqı və NATO ölkələri plana qarşı çıxıb. Böyük Britaniya Baş naziri Kir Starmer Rusiyayla istənilən anlaşmanın ancaq Ukraynanın razılığı ilə mümkün olduğunu açıqlayıb. Ukrayna xarici işlər naziri Andrey Sibiqa “sülh planı”nı kəskin tənqid edib. Rəsmilərə görə, bu, Ukraynanın kapitulyasiyasına bərabərdir. Avropa İttifaqının baş diplomatı Kaya Kallas da bildirib ki, Ukraynada sülh Kiyevin iştirakı olmadan mümkün deyil. Plan Kremlin əsas tələblərinin demək olar ki, hamısını ehtiva etsə də, ABŞ Kiyevlə məsləhətləşmələrini davam etdirir. Bu həftə ABŞ ordusunun naziri Den Driskollun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya gələrək müharibənin bitməsi üçün alternativ yolları, o cümlədən hərbi yardımı artırmaq imkanlarını müzakirə edib.

Politoloq Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Donald Trampın irəli sürdüyü sülh layihəsi ilk baxışda Ukrayna üçün bir çox ağır və qəbulolunmaz şərtlər ehtiva edir və ümumi şəkildə balanslı sənəd təsiri bağışlamır. Ekspertin sözlərinə görə, layihənin bir çox müddəası Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizlik perspektivlərinə ciddi məhdudiyyətlər qoyur:

"Lakin nəzərə almaq lazımdır ki, Putinlə bağlanacaq hər hansı müqavilənin uzunmüddətli siyasi qarantiyası yoxdur. Moskvanın öhdəliklərə əməl etməsi real olaraq təmin edilə bilməz. Bu baxımdan, sənəddə nəyin necə yazılmasının böyük əhəmiyyəti qalmır. Çünki Putinin hakimiyyətdən getməsindən sonra bütün beynəlxalq ictimaiyyət və qurumlar həmin müqaviləyə yenidən baxmaq məcburiyyətində qalacaqlar. Bu vəziyyətə Azərbaycan nümunəsini misal gətirmək olar. Zaman və şərait, qarşı tərəfin kobud səhvləri bizə torpaqlarımızı hərbi güc tətbiq etməklə geri qaytarmağımıza mane olmadı və beynəlxalq ictimaiyyət bizi tam dəstəklədi. Mümkündür ki, post-Putin Rusiya rəhbərliyi Krım da daxil olmaqla işğal olunmuş digər əraziləri qaytarmağa məcbur qalsın. Çünki yeni siyasi reallıq bu istiqamətdə ciddi təzyiq yaradacaq".

Analitikə görə, hazırkı layihə daha çox Putinin maraqlarına xidmət edir və dörd il davam edən nəticəsiz müharibəyə siyasi don geyindirməsi üçün vasitə rolunu oynayır:

"Bu sənəd vasitəsilə Rusiya həm münaqişəni “dayandırılmış” kimi təqdim etmək, həm də öz hakimiyyət ömrünü bir qədər uzatmaq niyyətini güdür. Bütün çətinliklərə rəğmən, Ukrayna üçün ən vacib məsələ atəşkəsin təmin edilməsidir. Layihənin mübahisəli maddələrinə baxmayaraq, müəyyən müddətlik dayanıqlı sülh xəttinin açıla bilməsi strateji əhəmiyyət daşıyır. Zaman isə göstərir ki, Ukrayna uzunmüddətli perspektivdə öz maraqlarına uyğun nəticələr əldə etmək gücünə malikdir. Buna görə, ağır şərtlər fonunda belə Zelenskinin atəşkəsə nail olması ölkənin qısamüddətli təhlükəsizliyi baxımından vacib addım ola bilər. Ukrayna cəmiyyəti də bu mürəkkəb reallığı düzgün qiymətləndirməli və diplomatik manevrlərin məcburi xarakterini anlamağa çalışmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri