Icma.az
close
up
RU
Trampın addımlar təsadüfi deyil: USAGM, USAİD kimi təşkilatlar ona qarşı çox çirkin, qara piar kampaniyaları aparırdılar

Trampın addımlar təsadüfi deyil: USAGM, USAİD kimi təşkilatlar ona qarşı çox çirkin, qara piar kampaniyaları aparırdılar

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp martın 14-də 7 federal qurumun ləğv edilməsi barədə fərman imzalayıb. Onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. Bundan bir müddət öncə isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti dayandırılmışdı. Qeyd edək ki, USAID kimi USAGM da əsasən ABŞ-nin xaricə yönəlik layihələrini maliyyələşdirib. Beynəlxalq auditoriya üçün məlumatlar yayan “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib.

Trampın imzaladığı fərman USAGM-i hədəf alsa da, mahiyyət etibarilə adıçəkilən media subyektlərini də sıradan çıxarır. Çünki maliyyə kəsilir.

Ekspertlərin fikrincə, Tramp tərəfindən bu təsisatların maliyyələşməsi artıq əhəmiyyətsiz görülür, ona görə ki, onun əlində artıq başqa alətlər var. Söhbət burada X platforması və digər sosial şəbəkələrdən gedir. Həmin o effektiv vasitələr daha çox işə yaradığı üçün Qlobal Media Agentliyi sıradan çıxdı.


Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gəldikdən sonra atdığı bu addımlar təsadüfi deyil. Onun sözlərinə görə,  Tramp ötən seçkilərdə məğlub olduqdan sonra ona qarşı USAGM, USAİD başda olmaqla digər təşkilatlar ona qarşı çox çirkin, qara piar kampaniyaları aparırdılar:


 "Hətta deyərdim ki, Co Baydenin hakimiyyətə gəlməsində bu təşkilatların çox böyük rolu olmuşdu. D.Tramp da indiyə qədərki bütün açıqlamalarında həmin təşkilatların  sayəsində Baydenin qələbə qazandığını bildirmişdi. Ona görə də yenidən hakimiyyəti ələ alan Trampın ilk qərarları məhz USAGM, USAİD kimi təşkilatların fəaliyyətini dayandırmaq, maliyyə yardımlarını kəsmək oldu". 

Trampa qədər heç bir ABŞ prezidentinin bu qədər radikal addımlar atmadığını vurğulayan 


H.Heydərli deyib ki, sözügedən təşkilatlar təkcə ABŞ daxilində deyil, bütünlükdə dünya ölkələrində öz fəaliyyətlərini genişləndiriblər:

 "Amerika Dövlət Departamentindən ayrılan pullar vasitəsilə onlar bir çox ölkələrin daxili işlərinə qarışıb. Həmin ölkələrdə xaos, hərc-mərclik yaratmaq istiqamətində ciddi addımlar atıblar. Qlobal Media Agentliyi ayrı-ayrı ölkələrdə təsir agenti missiyasını həyata keçirib. Bunu faktiki olaraq hər kəs bilir. Hesab edirəm ki, bir çox hallarda provakator kimi çıxış edən bu təşkilat və media qurumlarının fəaliyyətinin dayandırılması, ABŞ-nin xarici siyasətinə yeni bir baxış kimi də qiymətləndirilə bilər. Görünür, Tramp özünün maliyyə rıçaqlarından istifadə edərək dünyada baş verən proseslərə müdaxilə etmək, xarici ölkələrin daxili işlərinə qarışmaq üçün Amerikanın maddi resurslarını xərcləmək istəmir. Şübhəsiz ki, Trampın bu addımı bir çox ölkələr tərəfindən təqdirəlayiq hal kimi dəyərləndiriləcək".


H.Heydərli onu da deyib ki, USAİD, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi media subyektləri zaman-zaman Azərbaycanın da işinə qarışıb, reallıqdan kənar məlumatları dünya ictimaiyyətinə təqdim edərək ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa cəhd ediblər:

 "Lakin Azərbaycan bir neçə müddətdir ki, USAID-in ölkəmizdəki fəaliyyətinin dayandırılması haqqında qərar verib. Adıkeçən media resurslarına maliyyə axınlarının kəsilməsi də Azərbaycanın xarici siyasətdəki uğurlarından biri kimi qiymətləndirilə bilər. Ötən illərdə biz bu qurumların qərəzli fəaliyyəti ilə bağlı açıqlamalar verəndə Dövlət Departamentinin təzyiqlərinə məruz qalırdıq. Lakin zaman göstərdi ki, biz vaxtından əvvəl bu media korporasiyalarının çirkin niyyətlərindən xəbərdar olmuşuq və onların ölkəmizdəki zərərli fəaliyyətlərinin  qarşısını almışıq". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri