Icma.az
close
up
RU
Trampın Azərbaycanla bağlı qərarı ölkəmizə ciddi təsir göstərməyəcək AÇIQLAMA

Trampın Azərbaycanla bağlı qərarı ölkəmizə ciddi təsir göstərməyəcək AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Tranpın bu qərarı Azərbaycana hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sultan Şahidov bildirdi ki, fərmana görə, fərqli ölkələr fərqli tariflərə məruz qalacaqlar:

"Məsələn, ən çox tarifə məruz qalan ölkə Çin olacaqdır. Avropa İttifaqına qarşı 20 faizlik tariflər tətbiq edilib. Azərbaycan, Ukrayna kimi ölkələrə isə 10 faizlik tariflər tətbiq edilib. Qeyd edək ki, Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi ötən ilin məlumatlarına əsasən təxminən bir milyard yeddi yüz milyon dollar civarındadır. Bunun əsas hissəsini ABŞ-dən gətirilən mallar təşkil edir. Azərbaycandan ABŞ-yə ixrac olunan mallar o qədər də çox deyil. Azərbaycan ixracatında ABŞ-nin payı təxminən 0,5 faizdir. Əsasən toxuculuq, xalça məhsulları, şərabçılıq məmulatları, o cümlədən kimyəvi məhsullar daxildir".

Politoloqun sözlərinə görə, 10 faizlik gömrük rüsumlarının tətbiqi halında, azərbaycanlı ixracatçılar ya həmin məhsulların qiymətini artırmalı olacaqlar, çünki avtomatik olaraq əlavə 10 faiz gömrük rüsumu ödəməli olacaqlar.

"Bu da eyni zamanda məhsulların ABŞ bazarında rəqabətinə təsir göstərə bilər. Həmin məhsullar daha baha satıldığına görə daha az alına bilər. Belə halda, azərbaycanlı ixracatçılar fərqli bazarlara, fərqli regionlara üz tuta bilərlər. Bu, sözsüz ki, iki ölkə arasındakı ticarətə təsirsiz ötüşməyəcək. Xüsusilə, Azərbaycandan ABŞ-yə olunan ixracatın kəmiyyətinə mənfi təsir göstərə bilər. Amma bu, eyni zamanda ciddi bir itki, zərər anlamına gəlmir. Qeyd etdiyim kimi, ABŞ Azərbaycanın ixracatında elə də önəmli rol oynamır və belə olduqda, azərbaycanlı sahibkarlar fərqli ölkələrə, regionlara üz tuta bilərlər. Düşünürəm ki, bu da ölkəmizin iqtisadiyyatına elə bir ciddi təsir göstərməyəcəkdir", - deyə S.Şahidov bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri