Icma.az
close
up
RU
Trampın bəyanatında avtomobil istehsalçılarını narahat edən məqamlar var FOTO

Trampın bəyanatında avtomobil istehsalçılarını narahat edən məqamlar var FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Donald Trampın andiçmə mərasimində verdiyi bəyanatlar, mərasimdən sonra imzaladığı fərmanlar yeni dövrün başladığını göstərdi. Ertəsi gün birjalarda vəziyyət dəyişdi, bir neçə ölkənin valyutası dəyər itirdi. 

Avtosfer.az xəbər verir ki, ABŞ liderinin bəyanatlarından narahat olanlar arasında avtomobil istehsalçıları xüsusi yer tutur. Tramp Meksikada istehsal olunan avtomobillərə 25 fair rüsum tətbiq etməyə söz verib. Bu isə həm Avropa, həm də Asiyada böyük avtomobil istehsalçılarını narahat edir. Bəs narahatlığa səbəb nədir? 

Donald Trampın andiçmə mərasimindəki bəyanatları seçki kampaniyasındakı çıxışlarından çox da fərqlənmir. O, seçki kampaniyası zamanı Çini və öz təbirincə “bala Çin” adlandırdığı Avropa İttifaqını da cəzalandıracağını bəyan etmişdi. 

Trampın son 2 ildə ən cidid tənqid hədəfi isə sələfi Co Baydenin avtomobil sənayesi iləı bağlı siyasəti olub. O, əvvəlki prezidenti yerli avtomobil sənayesini məhv etməkdə təqsirləndirirdi. Burada müəyyən həqiqət payı da vardı. Çox az sayda xarici şirkət ABŞ-da istehsal qurub. Bunun əvəzinə demək olar bütün avropalı, yapon və koreyalı istehsalçılar Meksikada avtomobil istehsal edərək ABŞ-a və Kanadaya ixrac edirblər. Meksikadan ABŞ-a avtomobil ixracında rüsum cəmi 1 faiz təşkil edib. Ucuz işçi qüvvəsi və əmək normalarına ciddi riayət edilməməsi Meksikada istehsal həcminin artmasına səbəb olub. Tramp isə bu vəziyyəti dəyişməyə söz verib:

 “Biz ABŞ-da bir neçə il əvvəl xəyal belə ediləməyəcək ritmdə avtomobil isdtehsal edəcəyik. Bütün amerikalılar istəklərinə uyğun avtomobil seçə biləcəklər. Başqa xalqları zənginləşdirmək üçün vergiləri artırmaq yerinə, öz vətəndaşlarımızın firavanlığı üçün gömrük rüsumunu artıracağıq”, – deyə yeni seçilmiş prezident bildirib.

Bəyanat birjalara dərhal təsir edib. Yanvarın 21-də böyük avtomobil istehsalçılarının səhmləri ucuzlaşıb, Meksika valyutası dollar qarşısında dəyər itirib. Bu gün məlum olub ki, “Stellatis” qrupunun və “Volkswagen”in nümayəndələri 1 aydan çoxdur Trampın yaxın ətrafı ilə danışıq aparır. Hələlik nəticə məlum deyil. 

ABŞ Prezidentinin administrasiyasından mətbuata sızan informasiyaya görə, fevralın 1-dən etibarən Meksikadan idxal edilən avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək. Hələlik rəsmi qərar olmasa belə, narahatlıq qalmaqdadır. Ayın sonuna cəmi 9 gün qaldığını nəzərə alsaq, prosedur baxımından belə bir qaydanın fevralın 1-dən tətbiqi real görünmür. 

Lakin, statistika istehsalçıların narahatlığının əsassız olmadığını göstərir. Əgər “General Motors” 40 il əvvəl ABŞ bazarının yarısına nəzarət edirdisə, hazırda bu rəqəm 16 faizə enib. Bunun əksinə, hazırda ABŞ avtomobil bazarının 15 faizinə “Toyota”, 10 faizinə “Hyundai-Kia” qrupu, 8,4 faizinə “Honda”, 6 faizinə “Nissan” nəzarət edir.

Avropa şirkətlərinin payı Asiya qədər olmasa da, həlledicidir. 
Bütün hallarda, yekun nəticəni bilmək üçün zamana ehtiyac var. İndi veriləcək proqnozların xəta ehtimalı çox yüksəkdir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri