“Trampın bizimlə mövqeyi üstüstə düşür” Kreml hələ ki, Trampdan razıdır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Amerikanın ATACMS raketlərinin Rusiyanın dərinliklərinə hücumlarının təhlükəli olması ilə bağlı bəyanatı Moskvanın mövqeyi ilə tamamilə üst-üstə düşür.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqalmasında deyib.
O qeyd edib ki, Trampın “eskalasiyanın səbəblərini başa düşməsi Rusiya tərəfinin xoşuna gəlir”: “Bəyanatın özü bizim mövqeyimizlə tamamilə üst-üstə düşür. Yəni, bu halda eskalasiyanın səbəbləri ilə bağlı eyni baxışımız var. Və təbii ki, bu, bizim xoşumuza gəlir. Aydındır ki, Tramp münaqişə ətrafında vəziyyəti məhz nəyin gərginləşdirdiyini başa düşür. Eyni zamanda, hadisələri qabaqlamağa və Trampın inauqurasiyasından sonra hansı hərəkətlərin baş verəcəyini proqnozlaşdırmağa dəyməz. Zaman göstərəcək, biz seçilmiş prezidentin Oval kabinetdə yerini tutana qədər gözləyəcəyik”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















