Trampın bu addımı Azərbaycana böyük zərbə olacaq Fazil Mustafa DANIŞDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ hökuməti Venesuelanın neft sənayesi üzərində nəzarəti təsis etmək üçün genişmiqyaslı plan üzərində işləyir. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, bu təşəbbüs neftin qiymətini bir barel üçün 50 dollara qədər endirməyə kömək edəcək.
Bu qiymət enişi neft ölkəsi olan Azərbaycanın iqtisadiyyatına necə təsir göstərəcək?
Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, birbaşa neft bazası üzərində iqtisadiyyatı qurulmuş ölkələrə, o cümlədən Azərbaycana da ciddi təsirini göstərəcək:
"Daha çox Rusiyayönümlü bir təsir düşünüldüyünə görə, qurunun oduna yaş da yanacaq. Amma bütün hallarda biz hazır olmalıyıq. Bu, bizə böyük bir zərbə olacaq. Bu niyyətin də həyata keçirilməsi mümkündür. Çünki Amerika Birləşmiş Ştatları strateji planlamasında olan məsələlərin çoxunu kimsənin göz yaşına baxmadan həyata keçirir. Biz də buna ciddi hazırlıqlı olmalıyıq. 50 dollar artıq Azərbaycanda da xeyli zərərə işləyən bir iqtisadiyyata gətirib çıxaracaq", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI
Baxış sayı:73
Bu xəbər 09 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















