Trampın bu sərəncamı ölkəni ayağa qaldırdı: 18 ştatdan məhkəməyə müraciət
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
ABŞ-ın 18 ştatından olan prokurorlar Donald Trampa qarşı iddia qaldırıblar. Trampın andiçmə günü imzaladığı və ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verən qaydanı ləğv edən sərəncama görə bu addım atılıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Məlumata görə, prokurorlar Trampın sərəncamının konstitusiyaya zidd olduğunu əsas gətirərək San-Fransisko və Vaşinqton federal məhkəmələrinə müraciət ediblər.
İddiada "Prezidentin konstitusiya dəyişikliyini və ya lazımi qaydada qüvvəyə minmiş qanunu yenidən yazmaq və ya qüvvədən salmaq səlahiyyəti yoxdur" ifadəsi işlədilib.
Müraciətdə ABŞ-da hər il təxminən 150 min uşağın əcnəbi valideynlər tərəfindən doğulduğu və bu sərəncamın uşaqları vətəndaşlıq sayəsində təmin edilən əsas xidmətlərdən və federal fondlardan məhrum edəcəyi qeyd edilib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















