Icma.az
close
up
RU
SSRİ və kommunizm: eyni və fərqli rakursdan...

SSRİ və kommunizm: eyni və fərqli rakursdan...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bəri başdan bir məsələni deyim: dünyanın heç yerində azı klassik anlamda nə kommunistlər var, nə kommunist paratiyaları, nə də kommunizm. Darıxmayın, bu konteksdəki "istisnalar”a da toxunacağam, onları da xırdalamağa çalışacağam. 

"Kommunizm” deyəndə ağıla SSRİ gəlir. Amma hanı? Yoxdur! Kremlin "geosiyasi münəccimlər”inin planlarında da belə şey nəzərdə tutulmur.  

"Keçmiş SSRİ” deyəndə onlar yalnız əski imperiyanın coğrafi hüdudlarını nəzərdə tuturlar və gizli-aşkar bu hüdudlarda Rusiya imperiyasını bərpa etmək istəyirlər. Əlbəttə, buna keçmiş rus imperiyası da deyə bilərdilər, amma bilirlər ki, SSRİ–filan bəzi sadəlövh adamların hələ də daha çox könlünə yatır, halbuki belə nostalji keçirən insanlar üçün dəfələrlə yazılıb-deyilib ki, qardaşlar, daha heç kim sovet quruluşunu təzədən bərpa etməyəcək: bəli, bu, heç vaxt olmayacaq, belə xəyallarla nə özünüzü çaşdırın, nə də başqalarını...

Əlbəttə, kommunizm və yaxud kommunistlər təkcə SSRİ-dən və sovetlərdən ibarət deyildi. 20-ci əsrdə siyasətçilər yana, dünyada çox böyük intellektuallar vardı ki, özlərini kommunist hesab edirdi. Amma bu ideoloji-intellektual düşərgə də iki dəfə çox güclü zərbə aldı.

Birinci dəfə bu, Stalin öləndən, SSRİ haqqında, buradakı repressiyalar, böyük həbs düşərgərləri haqqında məlumatlar dünyaya çatandan sonra oldu. Çox adam kommunizm və kommunistlikdən imtina etdi. Amma yenə də SSRİ qaldığından, kommunist düşərgəsi mövcud olduğundan kommunistlər dünyada qalırdı. 

İkinci böyük zərbə SSRİ dağılandan sonra baş verdi: demək olar ki, daha nəinki kommunist dövlətlər, partiyalar, hətta kommunistlər də qalmadı...

Düzdür, Çini deyə bilərsiniz. Amma heç vaxt Çində olmasaq da, yazılanlardan və oxuduqlarımızdan belə məlum olur ki, dünyada ən azad bazar iqtisadiyyatı, ən böyük iqtisadi azadıqlar bu ölkədədir. Çində SSRİ-ni xatırladan budur ki, bura təkpartiyalı ölkədir və ölkənin yeganə partiyası da hələ ki özünü kommunist adlandırır: bir daha deyirik ki, bu partiyanın indiki siyasi platforması ilə tanış deyilik. Amma yalnız və yalnız, olsa-olsa, Çini siyasi ideologiya mənasında kommunist ölkəsi adlandırmaq olar. Fəqət düşünmürük ki, "Səmaaltı imperiya”nın hələ də kommunizm qurmaq, ən əsası da onu dünyaya yaymaq planları var... 

O ki qaldı ateizmə-filana, doğrusu, bilmirik, nə vaxtsa, Çində belə şey olubmu, orada da dini məbədlər dağıdılıbmı, etiqad və ibadət etmək nə vaxtsa, yasaq olunubmu? Hələ onu demirik ki, Mao dövründə, əsas da Stalin öləndən sonra Çin demək olar, SSRİ ilə əlaqələri kəsmiş, sovet ideoloqları demiş, opportunist siyasət yürütməyə başlamışdı və Mao öləndən sonra isə vəziyyət ümüumiyyətlə, kardinal dəyişdi: Den Syaopin gəldi, Çin kommunist iqtisadiyyatından tamam imtina etdi və o vaxtdan Pekinin siyasəti ümumiyyətlə, praqmatizm oldu: qoca Den dedi ki, fərqi yoxdur, pişiyin rəngi nədir, əsas odur ki, siçanı tutsun.

Əlbəttə, Rusiyada, hətta digər postosovet ölkələrində yenə də komminstlər tamam dizlərini yerə qoymadı. Yeltsin əvvəl onları yasaq etdi, amma təzədən fəaliyyət göstərməyə icazə verildi və bu ölkədə bir daha kommunist partiyası yarandı, hətta əsas müxalifət partiyası da ola bildilər. Amma deyəsən, bəzən üzə vurmasalar da, bunlar daha əvvəlki kommunistlər deyildi: bəzi ideoloji ehkamları təzədən, bir daha nəzərdən keçrimək lazım gəldi...

Bizim Azərbaycanda da doxsanıncı illərdə deyəsən iki kommunist partiyası vardı, hətta biri parlamentdə də təmsil olunurdu. Amma artıq keçmişdi bunlar.

Təkrar deyirik ki, daha heç kimin o çağları qaytarmaq fikri və xüsusən də imkanı yoxdur. Odur ki, insanlarımızın, xüsusən də gənclərin başqalarının tilovuna düşməsinə də heç bir ehtiyac yox: getdi o günlər!.. SSRİ-yə gəldikdə, unutmayaq ki, o dövlət imperiyaydı və təzədən Azərbaycanı o dövrə qayıtmağa səsləmək anti-konstitusiondur, dövlət əleyhinə, onun konstitusion quruluşuna qarşı yönəlmiş niyyətdir və belə  "təşkilatlar” heç qeydiyyatdan da keçirilməməlidir.

Əlbəttə, bir var kommunistlər, biri də var müasir solçular, sosial-demokratlar, bunlar tamam fərqli şeylərdir. Dünaynın bütün ölkələrində sosial-demokratlar var, hətta çox ölkələrdə hakimiyyətdədirlər və bir neçə dəfə qeyd etmişik ki, dünya siyasəti üç ideologiyanın mübarizə meydanıdır: liberallar, mühafizəkarlar və sosial-demokratlar və heç kim də deyə bilməz ki, üç yoldan yalnız biri doğrudur.

Həmişə ABŞ prezidenti Duayt Eyzenhauerin bir fikrini dönə-dönə qeyd edirik: "solçulara qarşı mübarizə apara-apara ölkəni sağçıların diktaturasına çevirə bilmərik!”. Odur ki, heç bir ölkə nə solçuların, nə də sağçıların diktaturasına çevrilməməlidi, siyasi plüralizm olmalıdır və bir daha qeyd edək ki, "solçular” deyəndə müasir dünyadakı sosial-demokratları nəzərdə tuturuq: onlar nə kommunistdir, nə də ki, bolşevik, insan haqlarına da, demokratiyaya da, hətta bazar iqtisadiyyatına dəstək verən, ona "hə” deyən müasir və mütərəqqi siyasi qüvvələrdir.

Bu yaxınlarda guya Nyu Yorkda mer seçkisinin kommunistin udduğu haqda xəbərlər dolaşdı. Qətiyyən belə deyil, adam kommunist -filan deyil, sosialistdir. Özünüz düşünün, kommunizmin "mənəm-mənəm” deyən vaxtlarında ABŞ güclü kommunist partiyası görmədi, ölkə ötən əsrin otuzuncu illərində böyük iqtisadi depressiya yaşadı, amma heç bir kommunist inqilabı-filan olmadı. Düşünürsünüz ki, 21-ci əsrdə ABŞ-da komminizm yaranacaq? 

O başqa bir məsələdir ki, getdikcə hər yerdə insanlar arasında sosial-iqtisadi təbəqələşmə əsasən azalır, hamı qanun qarşısından bərabər olur, dövlətin funksiyaları məhdudlaşır, insan haqları genişlənir və bunlar da haradasa utopist-kommunistlərin də bəzi xəyallarını xatırladır.

Bu səbəbdən nəzərlərimizi Rusiyadan da fərqli istiqamətlərə yönəldək hərdən. Vallah, Moskvanın bu halvası daha o halvadan deyil, nə özümüz çaşaq, nə də başqalarını çaşdıraq...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see250

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see247

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see242

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see232

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see231

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see231

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see223

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see222

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see219

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see209

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see185

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see179

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see172

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see171

Dərmanların qəbul edilməsi üçün ən uyğun vaxtı açıqlanıb

24 İyun 2026 22:35see167

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see162

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see161

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see158

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see158

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri