Trampın doğum hüququ ilə vətəndaşlığı qadağan edən sərəncamı rədd edilib
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "NBC News"un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Trampın sərəncamının bərpası üçün apellyasiya məhkəməsinə müraciət edib.
Doqquzuncu Dairə Apellyasiya Məhkəməsinin üç hakimi departamentin Trampın ölkədə doğulan uşaqların vətəndaşlıq almasına mane olan sərəncamını bərpa etmək tələbini rədd edib.
Qeyd edək ki, Tramp andiçmə mərasimi olduğu gün - yanvarın 20-də ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verən qaydanı ləğv edən sərəncam imzalayıb. Demokratik ştatın on səkkiz baş prokuroru icra sərəncamına qarşı iddia qaldırıb.
Yanvarın 23-də Seattle Dairə Hakimi Trampın doğum hüququ ilə vətəndaşlığı əngəlləyən sərəncamını müvəqqəti olaraq dayandırıb və bunun "konstitusiyaya zidd" olduğunu bildirib.
Merilend ştatının hakimi fevralın 6-da Trampın vətəndaşlıq fərmanına qarşı ümummilli qərar çıxarıb.
Hər il ABŞ-da təxminən 150.000 uşaq ölkə sərhədləri daxilində doğulduğu üçün Birləşmiş Ştatların vətəndaşı olur.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















