Icma.az
close
up
RU
Trampın Əliyevə olan etimadı Azərbaycanın beynəlxalq siyasətdə yeni üstünlüklər qazanmasına yol açır ŞƏRH

Trampın Əliyevə olan etimadı Azərbaycanın beynəlxalq siyasətdə yeni üstünlüklər qazanmasına yol açır ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin ABŞ-də keçirilən tədbir çərçivəsində Donald Trampla olan dialoqu bir neçə mühüm mesajı özündə ehtiva edir. Bu görüş ilk növbədə Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçdiyinin göstəricisidir. Trampın Prezident İlham Əliyevə göstərdiyi etimad ABŞ-nin Azərbaycanı regionda mühüm tərəfdaş kimi gördüyünü sübut edir. İki liderin dialoqu zamanı diqqət mərkəzində enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı maraqlar dayanırdı. Bu, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Prezident İlham Əliyevin BMT-də keçirilən tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampla olan dialoqundan danışarkən bildirdi.

Onun sözlərinə görə, ABŞ kimi güc mərkəzinin Azərbaycanın liderinə xüsusi hörmət göstərməsi ölkəmizin strateji çəkisini ortaya qoyur:

"Trampın İlham Əliyevə yönəltdiyi etimad, şəxsi liderlik keyfiyyətlərinə verilən qiymət kimi də dəyərləndirilə bilər. Çünki Azərbaycan lideri müstəqil siyasəti, balanslı diplomatiyası ilə tanınır. Bu dialoq həm də Azərbaycanın enerji siyasətində qlobal oyunçu statusunun bir daha təsdiqi oldu".

Politoloq qeyd etdi ki, ABŞ üçün Cənubi Qafqazda ən etibarlı tərəfdaşın məhz Azərbaycan olması reallığı üzə çıxdı.

"Bu, eyni zamanda Ermənistanın təcrid siyasətini daha da dərinləşdirən amildir. Trampın münasibəti göstərdi ki, Azərbaycanın seçdiyi inkişaf modeli Qərbdə də qəbul edilir. İlham Əliyevin sözləri və mövqeləri Tramp tərəfindən hörmətlə qarşılandı. Bu, Azərbaycanın siyasi xəttinin nə qədər inamlı olduğunu nümayiş etdirdi. ABŞ prezidentinin etimadı həm də Azərbaycan-Türkiyə-ABŞ üçbucağının perspektivlərinə işarədir. Görüşdəki səmimilik liderlər arasında şəxsi münasibətlərin də yüksək olduğunu göstərdi. Bu isə gələcək əməkdaşlıqlar üçün zəmin yaradır. İlham Əliyevin dialoqdakı qətiyyətli çıxışı Azərbaycanın dövlət maraqlarını hər yerdə eyni prinsipiallıqla qoruduğunu sübut etdi. Nəticə etibarilə, Trampın İlham Əliyevə olan etimadı Azərbaycanın beynəlxalq siyasətdə yeni üstünlüklər qazanmasına yol açır", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri