Trampın emissarı yenidən Moskvaya gedir? ABŞ, Ukrayna və Aİ Londonda gizli planlar qurur
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Trampın xüsusi nümayəndəsi Uitkoffun növbəti diplomatik səfəri dünya gündəmini dəyişə bilər.
Turkustan.az xəbər verir ki, "The Wall Street Journal" Qərb rəsmilərinə istinadən yazır: Uiitkoff Londonda keçiriləcək çoxtərəfli görüşlərdən sonra Moskvaya səfər edə bilər.
Məlumata görə, bu həftənin sonunda Londonda ABŞ, Ukrayna və Avropa İttifaqı nümayəndələrinin gizli görüşü baş tutacaq. Tədbirdə ABŞ dövlət katibi Marko Rubio, Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellog və Trampın emissarı Uitkoffun iştirakı gözlənilir.
Bu görüşdən sonra Vaşinqtonun planlarına əsasən, Uitkoffun Rusiya rəsmiləri ilə daha bir görüş keçirməsi mümkündür. Bu barədə ilk məlumatı CNN yaymışdı və indi WSJ də bu xəbəri təsdiqləyir.
Görüşlərin detalları açıqlanmasa da, ehtimallar yeni diplomatik razılaşmalara, xüsusilə Ukrayna böhranı ilə bağlı mümkün dəyişikliklərə işarə edir. Dünya ictimaiyyəti növbəti günlərdə baş verəcək diplomatik hərəkətliliyi diqqətlə izləyir. /musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















