Trampın Ermənistanla bağlı planı İsrail xəfiyyəsi
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın “Pogled İnfo” portalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:
“Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək.
Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə - Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan, bəlkə də Belarusla münasibətləri gücləndirməkdir”.
Baxış sayı:56
Bu xəbər 10 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















