Icma.az
close
up
RU
Trampın əsas məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır Tofiq Zülfüqarov

Trampın əsas məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır Tofiq Zülfüqarov

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ukrayna danışıqlarının iştirakçıların sayı çox olacaq. Ola bilsin ki, ABŞ, Avropa İttifaqının üzvüləri, Türkiyə və bəlkə də digər ölkələr də prosesə qatılsınlar"


Son dövrlərdə dünya miqyasında baş verən geosiyasi hadisələr, xüsusilə Ukrayna ilə Rusiya arasındakı münaqişə, beynəlxalq diplomatiya və təhlükəsizlik məsələlərini gündəmə gətirir. ABŞ prezidenti Donald Trampın bu münaqişəyə yanaşması, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri diqqət çəkir.

Tramp, münaqişənin əsas məqsədini atəşkəsin təmin edilməsi və müharibənin hərbi cəhətdən sonlandırılmasında görür. 

Eyni zamanda, Trampın Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri də diqqət mərkəzindədir. Tramp, münaqişənin həlli üçün Putinlə birbaşa danışıqların vacibliyini vurğulayır və müharibənin tezliklə sona çatması üçün səy göstərdiyini bildirir. 

Bu vəziyyət, beynəlxalq diplomatiya və təhlükəsizlik məsələlərini daha da mürəkkəbləşdirir. Tərəflər arasındakı dərin fikir ayrılıqları və etimadın olmaması, bu prosesin çətinliyini artırır.

Bu günkü vəziyyət, Rusiya və Qərbin, xüsusilə də ABŞ-nin, nüvə silahı ilə əlaqədar potensial riskləri və onun qarşısını almaq üçün görülməli tədbirləri bir daha gündəmə gətirir. 

Eləcə də Ukrayna prezidenti ilə Türkiyə prezidentinin görüşməsi, həmçinin Trampla Putinin görüşməsi ehtimalı da proseslərin istiqamətində dəyişikliyə səbəb ola bilər.


Mövzu ilə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında ABŞ lideri ilə Rusiya liderinin dialoq  ehtimalının Ukrayna və Türkiyə liderlərinin görüşü ilə əlaqələndirilməsinin düzgün olmadığını söyləyib:

"Bu mövzuların bir-birinə bağlı olduğunu sğyləmək hesab edirəm ki, düzgün deyil. Hamı başa düşür ki, münaqişənin əsasında olan problemlər qısa bir müddətdə öz həllini tapa bilməz. Rusiyanın, Ukraynanın və Qərbin öz fərqli mövqeyləri var. Amma biz başa düşməliyik ki, Tramp qarşısına yeganə bir məqsəd qoyub  ki, münaqişəni həll etmək yox, münaqişənin hərbi müddətini bitirmək lazımdır. Sonra bu və ya digər şəkildə iştirakçıları formalaşdırıb siyasi problemləri həll etmək üçün danışıqlara başlayacaq.  İlkin mərhələdə əsas ideologiya atəşkəsi bərqərar etməkdir. İkinci mərhələdə qeyd etdiyim kimi danışıqlar baş verəcək". 


Politoloq tərəflərin arasında problemlərin çox olduğunu və bu əngəllərin indiki mərhələdə sadalamağın çətin olduğunu bildirib: 


"Bu danışıqlarda hesab edirəm ki, iştirakçıların sayı çox olacaq. Ukraynadan başqa ola bilsin ki, ABŞ, Avropa İttifaqının üzvüləri, Türkiyə və bəlkə də digər ölkələr də iştirak edəcəklər. Təcrübədə olduğu kimi 1994-cü ildə atəşkəs bərqərar oldu və siyasi problemlər danışıqlar yolu ilə həll olunmalı idi. Lakin biz başa düşürük ki, bu problemləri siyasi yollarla həll etmək mümkün deyil. Təxminən Rusiya-Ukrayna geniş formatda danışıqları onların hansısa nəticəyə nail olmasını mümkün etməyəcək. Amma müsbət faktor odur ki, Tramp dediyi kimi cavan insanların mənasız qırğınını dayandırmaq lazımdır. 

İndi vəziyyət bəllidir nə Rusiya hərbi vasitələrlə öz hədəflərinə çata bilər, nə də ki, Ukrayna Rusiyanı çökdürüb məcbur edə bilməz ki, o işğal edilmiş ərazilərdən çıxsın. Qərbin də Ukrayna tərəfində münaqişədə iştirak etməsinin təhlükəsi ondan ibarətdir ki, hansısa mərhələdə Rusiya və Qərb, o cümlədən ABŞ özü də nüvə silahından istifa etmək məcburiyyətində qala bilərlər. Belə bir təhlükə çox real görünür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri