Icma.az
close
up
RU
Trampın GƏLİŞİ YAXINLAŞIR: “Ukrayna ya parçalanacaq, ya da…” Yeni Çağ Media

Trampın GƏLİŞİ YAXINLAŞIR: “Ukrayna ya parçalanacaq, ya da…” Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya-Ukrayna arasındakı vəziyyət hər keçən gün daha da gərginləşir. Təbii ki, bu gərginliyi artıranlar da məhz elə Ukraynaya hərbi dəstək verənlərdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında konfliktoloq Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Rusiya üçün Suriya kimi strateji mövqedən əl çəkmək artıq kifayət qədər ağır zərbə olub:

“Hesab edirəm ki, Ukraynanın itirilməsi ölkəni uçuruma apara bilər. Təbii ki, bu kontekstdə ABŞ-nin keçmiş prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi ehtimal edilən dəyişikliklərə işarə edir. Tramp administrasiyası dövründə siyasi gedişatların ciddi şəkildə dəyişəcəyi məlum məsələdir. Fikrimcə, Tramp Ukraynanı “peşkəş edəcək” və bu yanaşma mövcud ABŞ-nin xarici siyasət strategiyasından ciddi şəkildə fərqlənəcək. Digər bir məsələ isə Trampın əsas prioritetlərindən biri olan İsrailin genişləndirmək arzusudur. Məhz elə bunun üçün “Böyük İsrail layihəsi” çərçivəsində daha konkret və həlledici addımlar atılacağını düşünmək olar”.

Rusiya-Ukrayna münaqişəsinə toxunan analitik münaqişənin həlli üçün bir neçə ssenarinin mümkün olduğunu düşünür:

“Belə ki, burada əsas iki nüans özünü göstərir: Ukrayna ya parçalanacaq, ya da kompromisə gediləcək. Məncə, ikinci variant daha realdır. Trampın dominant vasitəçi kimi çıxış edərək konflikti yatırmaq üçün müxtəlif addımlar atması gözlənilən bir haldır. Təbii ki, bu prosesdə beynəlxalq sülh qurucularına da yer verilə bilər və bu, bir növ “bufer zona””kimi təsəvvür ediləcək. Lakin, ABŞ-nin güclənməsinə gəldikdə isə düşünürəm ki, bu, Tramp dövründə ehtimal edilmir. Bunun əvəzinə, ölkə daha çox geopolitik oyunlarda yeni rol almağa çalışacaq. Amma Tramp ABŞ və Rusiya arasındakı buzları əritməkdə böyük addımlar ata bilər. Bu da öz növbəsində hər iki dövlət arasında strateji əməkdaşlıq üçün əsas faktor rolunu oynayır”.

Mayıl Soltanov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri