Icma.az
close
up
RU
Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna münaqişəsində yeni gündəm yaranıb MÜNASİBƏT BİLDİRİLDİ

Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna münaqişəsində yeni gündəm yaranıb MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi, siyasi sistemini köklü şəkildə dəyişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, dünyada bir xaos yaranıb: "Dünya siyasəti beynəlxalq qanunlarla yox, gücün qanunları ilə tənzimlənir. Belə olan təqdirdə dünyada nizamsızlıq var. Rusiya-Ukrayna münaqişəsi böyük güclərin bir savaşıdır. Artıq Rusiya-Ukrayna savaşı deyil, Rusiya-NATO savaşıdır. Başda Birləşmiş Ştatlar olmaqla Ukrayna ərazisində NATO-Rusiya savaşı gedir. Bu savaşda Rusiya həm hərbi baxımdan, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan uğur əldə edib. Bu münaqişədə yüz minlərlə insanın ölməsi Ukraynanın infrastrukturunun dağılması ilə nəticələnir. Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna münaqişəsində yeni bir gündəm yaranıb. Tramp seçkilər ərəfəsində bəyan etmişdi ki, bu münaqişəni həll edəcək. Bu baxımdan irəli doğru addım atır. Birləşmiş Ştatlarla Rusiya arasında danışığın başlaması münaqişənin həlli üçün irəli atılan bir addımdır. Bu, alqışlanmalıdır. Məsələ burasındadır ki, Trampın mövqeyi artıq Rusiyanın tələblərinə cavab verir. Çünki hər bir münaqişəni doğuran bir səbəb var. Bu gün dünyanın siyasi güc mərkəzləri bu münaqişənin həllini istəyirsə, münaqişəni yaradan səbəb aradan qaldırılmalıdır. Nəticə səbəbsiz olmaz. Bu baxımdan Rusiya-Birləşmiş Ştatlar arasında başlanılan dialoq münaqişənin aradan qaldırılmasına doğru atılan addımdır. Səudiyyə Ərəbistanında Birləşmiş Ştatlar, Rusiya arasında rəsmilərin dialoqunun başlanması onu göstərir ki, dövlət başçılarının da görüşü nəzərdə tutulur. Prezidentlərin arasında telefon danışıqları onu göstərir ki, iki dövlət başçılarının fikir aydınlığı var. Hesab edirəm ki, bu münaqişənin həlli üçün mütləq dövlət başçılarının bir araya gəlməsi vacibdir. Ümumilikdə strateji baxımdan Rusiya bu münaqişədə qalib tərəfdir.

Eyni zamanda Ukraynanın 25% ərazisi Rusiyanın nəzarətindədir. Ukraynanın təbii sərvətlərinin 50%-i bu ərazilərdədir. İqtisadi baxımdan da Rusiya Ukraynanın təbii sərvətlərinə nəzarət edir.

Bu münaqişədə Rusiyanın siyasi qələbəsi ondan ibarətdir ki, Putin və Tramp arasında dialoqun başlanması və danışığın nəzərdə tutulması NATO blokunda parçalanma yaradıb. Parisdə Avropa dövlət başçılarının ortaq məxrəcə gəlməməsi bir daha onu göstərir ki, NATO blokunda parçalanma var. Bu da Rusiyanın siyasi qələbəsidir.

Trampın Putinlə dialoqa başlaması yeni situasiya yaradır. Trampın Ukrayna müharibəsinə naxışı Baydenin hakimiyyətindən daha fərqlidir. Tramp açıq şəkildə Zelenskini ittiham edir. Bu da Putinin mövqeyi ilə üst-üstə düşür.

Trampın məqsədi Zelenskiyə təzyiq etməsi həm də Baydenə hədəflənib. Çünki Baydenin hakimiyyəti dövründə Trampa qarşı cinayət işi açılmışdı. Trampın həbsi ilə əlaqədar istintaq gedirdi. İlk dəfə idi ki, Birləşmiş Ştatlar tarixində prezidentə cinayət işi açılmışdı. Tramp hakimiyyətə gəlməklə bu qisas hissini unutmayıb. Açıq şəkildə Ukrayna üzərindən Baydenə qarşı çıxmaq istəyir.

Ukrayna münaqişəsi Avropada çaxnaşma yaradıb. Açıq şəkildə Tramp Ukrayna münaqişəsinin Avropanın öz problemi olmasını bəyan edir. Bu baxımdan Ukrayna münaqişəsinin uzanması və Rusiya-ABŞ arasında ortaq varianta gəlinməsi Avropa dövlətlərini də narahat etməkdədir. Ümumilikdə bu münaqişə faktiki olaraq Rusiyanın qələbəsi ilə nəticələnir. Rusiya bu münaqişədə strateji baxımdan qələbə əldə edib".

"Psixoloji müharibə gedir. İstər Azərbaycan mətbuatı olsun, istərsə dünya mətbuatında dezinformasiyalar yaymaq, ictimaiyyəti çatdırmaqla Rusiyanı məğlub kimi göstərmək istəyirlər. Amma unutmayaq ki, Rusiyaya tətbiq olunan sanksiyalar ən böyük ziyanı Avropa dövlətləri çəkir. Artıq Fransa və Almaniyanın zavod, fabrikləri, iqtisadiyyatı çökmək üzrədir. Bu da onu göstərir ki, sanksiyalar ən çox Avropaya təsir etməkdədir. Ümumilikdə münaqişənin aradan qaldırılması Rusiyanın diktəsi ilə həyata keçiriləcək. Çünki bu münaqişənin başlanmasının əsas səbəbi 2014-cü ildə Ukraynanın paytaxtında demokratiya ideyası altında Birləşmiş Ştatların dövlət çevrilişi etməsi idi. Bu işğalçılığı Rusiya tərəfi qəbul etmədi. ABŞ və Qərb koalisiyasının işğalçılığını Rusiya qəbul etmədi. O dövrdə Barak Obama 2015-ci ilin fevral ayının 2-də müsahibəsində qeyd etmişdi ki, Ukraynada hakimiyyəti biz devirdik. O demək idi ki, ABŞ demokrat ideyası altında Ukraynanı işğal etdi. Faktiki olaraq münaqişənin başlanmasına səbəb oldu. Rusiya bu münaqişəyə təhrik olundu. Nəticə etibarilə Ukrayna ərazisini itirməkdədir. Ukraynada iqtisadi sistemi maşınqayırma, energetika, digər infrastrukturlar dağıldı. Ukraynanın genefonu məhv olmaq ərəfəsindədir. Zelenski də etiraf etməkdədir ki, 91-ci ilin sərhədlərinə qayıtmaq qeyri-mümkündür. Zelenski də məğlubiyyətini etiraf edir. Zelenski siyasi meyiddir. Onu aradan qaldırmaq üçün Trampın da mövqeyi öndədir. Putinlə Trampın görüşünün nəzərdə tutulması onu göstərir ki, ABŞ Rusiyanın tələbini qəbul edəcək" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri