Icma.az
close
up
RU
Trampın hədəfindəki ölkə açıqlandı

Trampın hədəfindəki ölkə açıqlandı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Co Bayden administrasiyası estefati Donald Tramp və komandasına verməyə hazırlaşır. Trampın andiçmə mərasiminə iki həftə qalsa da, o, artıq özünü Ağ Evin yiyəsi kimi aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Trampın noyabrda prezident seçkisində qələbəsi məlum olduqdan sonra onunla fikir mübadiləsi aparmaq istəyən müxtəlif dövlət liderlərinin sayı artıb:

“Tramp xarici siyasətdə dost və rəqiblərini müəyyənləşdirib. Onun əsas rəqibinin Çin olacağı indidən aydındır. Pekin də indidən Trampın prezidentliyi dövrünə hazırlaşır.

Çinə qarşı sərt iqtisadi qərarlar yalnız Ağ Evdə qəbul olunmayacaq. ABŞ Konqresində Respublikaçılar və Demokratlar partiyasının üzvləri arasında Çin əlehdarları kifayət qədər çoxdur. Nümayəndələr Palatası və Senatda “Çinlə münasibətləri normallaşdırmaq lazımdır” tezisi ilə çıxış edən yoxdur. Respublikaçı senator Tim Skott Çinlə ticarəti qadağan edən qanunun qəbulunu dəstəkləyir. Prezidentliyə namizədliyini irəli sürən, sonra geri çəkilən Skott qatı anti-Rusiya və anti-Çin mövqeyi ilə tanınır.

ABŞ Nümayəndələr Palatasında Çin Kommunist Partiyası ilə bağlı xüsusi komitə var. Komitənin sədri Con Mulenardır. O da Tim Skott kimi Çinlə ticarət əlaqələrinin dayandırılmasının tərəfdarıdır. Konqresmenlər hesab edirlər ki, Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir. Bu səbəbdən Mulenar Çinə qarşı yeni qanun layihəsi hazırlayıb. Layihə ABŞ şirkətlərinə Çinə yatırım qoymağı qadağan edir. Konqresmenin fikrincə, Amerika yatırımları Çinin hərbi gücünün artması və bu ölkənin texnoloji inkişafına yardım edir. Yəni konqresmen demək istəyir ki, rəqibimizi öz əlimizlə gücləndirməməliyik. Qanun layihəsi Amerikanın sığorta və pensiya fondlarına da Çinlə maliyyə əməkdaşlığını qadağan edir”.

Təhlildə bildirilir ki, qadağalara baxmayaraq, ABŞ-ın bir qrup şirkəti və maliyyə qurumu Çinlə əməkdaşlığı davam etdirməkdə maraqlıdır:

“Vaşinqton bununla bağlı xüsusi araşdırmalar aparıb, Çinlə əməkdaşlıq edən şirkətlər və maliyyə qurumlarına xəbərdarlıq edilib. O da müəyyənləşdirilib ki, Amerikadan Çinin süni intellekt proqramlarına 1,9 milyard, yarımkeçiricilər istehsalıyla məşğul olan müəssisələrinə 1,2 milyard dollar yatırım qoyulub. Ümumilikdə Amerikadan Çinin 63 şirkətinə 6,5 milyard dollar yatırım cəlb olunub.

Amerikanın maliyyə qurumları bu yolla vəsaitlərini artırmağı hədəfləyiblər. Ancaq amerikalı qanunvericilər fərqli fikirdədirlər. Konqresmenlər bu yatırımların birbaşa Pekinin hərbi gücünə xidmət etdiyi qənaətindədir. Tramp da eyni fikirdədir. Pekin Vaşinqtonla ticarət müharibəsində maraqlı olmasa da, alternativ variantlara hazırlaşır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri