Icma.az
close
up
RU
Trampın iki ölkə ilə anlaşması: 600 milyard dollar qarşılığında nə söz verib?

Trampın iki ölkə ilə anlaşması: 600 milyard dollar qarşılığında nə söz verib?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gün ABŞ Prezidenti Donald Trampın ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına etməsi yerli və xarici mediada diqqət çəkib. Məlum olduğu kimi bu görüşdə tərəflər arasında 142 milyard dollarlıq silah satışı üzrə saziş imzalanıb. Sözügedən prosesin Yaxın Şərq ölkələrinə necə təsiri olacağı isə maraq doğurur.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Donald Trampın birinci və ikinci hakimiyyəti dövründə siyasətində böyük dəyişikliklər müşahidə olunub:

“Tramp, Yaxın Şərqdə ərəb dövlətlərini ABŞ-ın strateji müttəfiqləri kimi görür. O, həmçinin, ABŞ-ın xarici borclarını sıfırlamaq və müəyyən qədər sarsılan gücünü yenidən nizamlamaq istəyir. Bunun üçün, ilk növbədə, neft qiymətlərinin aşağı salınması, ərəb dövlətləri ilə yaxşı münasibətlər qurulması və dünyada münaqişəli ocaqların olmaması vacibdir. Hər hansı bir münaqişə ocağında ABŞ-ın tərəfə çevrilməsi Trampın istəmədiyi bir haldır. Buna görə də, o, Rusiya-Ukrayna müharibəsi başda olmaqla, dünyada baş verən bütün gərginliklərin və mübahisəli məsələlərin sona çatmasını istəyir, bu istiqamətdə fəaliyyət göstərir”.

Yusif Bağırzadə əlavə edib ki, Trampın ilk rəsmi xarici səfərinin Səudiyyə Ərəbistanına olması təsadüfi deyil:

“Birinci hakimiyyəti dövründə Səudiyyə Ərəbistanı ilə 150 milyard dollarlıq müqavilə bağlamışdı, amma bunun yalnız 27 milyard dolları istifadə olunmuşdu. Səudiyyə Ərəbistanı bu məbləği ABŞ-dan silah-sursat almağa xərcləmişdi. İndi isə 600 milyard dollarlıq müqavilə imzalanıb, bunun 142 milyardı silah alqı-satqısına aiddir. Bu, həm region, həm də dünya üçün uğurlu bir səfər oldu”.

Politoloq vurğulayıb ki, Səudiyyə Ərəbistanının ABŞ-a müəyyən tələblər irəli sürməsi mümkündür:

Yusif Bağırzadə

“Bunlar arasında İsrail-Fələstin qarşıdurmasının sona çatdırılması da yer ala bilər. Böyük ehtimalla ABŞ Fələstin dövlətini tanıyacaq. Türkiyənin də bu prosesdə rolu danılmazdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regiondakı problemlərin həlli üçün vasitəçilik missiyası irəli sürüb. Ərdoğanın Trampdan Suriya ilə bağlı 10-12 il müddətində tətbiq edilən sanksiyaların götürülməsi xahişi də bu kontekstdən qiymətləndirilməlidir”.

Yusif Bağırzadə həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm bir görüş keçiriləcək:

“Rusiya və Ukrayna nümayəndələrinin İstanbul görüşündə, əsasən, hərbi əsirlərin mübadiləsi və 30 günlük atəşkəsin əldə olunması kimi məsələlər müzakirə ediləcək. Lakin iki ölkə arasında yekun sülhün əldə olunması bu görüşdə gözlənilmir. İran mələsələsinə gəldikdə isə rəsmi Tehranın hər hansı ölkə ilə birbaşa müharibəyə girmə ehtimalı çox aşağıdır. ABŞ-la münasibətlərin normal qalmasında maraqlıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri