Icma.az
close
up
RU
“Trampın ikinci prezidentliyi dövrü BakıVaşinqton münasibətlərinin inkişafı üçün əlavə imkanlar pəncərəsi açacaq” RƏY

“Trampın ikinci prezidentliyi dövrü BakıVaşinqton münasibətlərinin inkişafı üçün əlavə imkanlar pəncərəsi açacaq” RƏY

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cənab Prezident İlham Əliyev yenidən ABŞ-nin  Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib. Vurğulayıb ki, bu qələbə ABŞ xalqının Trampın fəaliyyətinə, yeritdiyi siyasi kursa yüksək etimadının ifadəsidir. Eyni zamanda cənab İlham Əliyev Azərbaycan-ABŞ münasibətərinin Trampın birinci dəfə prezident olduğu dövrdə dinamik inkişaf tempinə malik olmasına diqqət çəkib, qarşılıqlı etimada söykənən münasibətlərin olduğunu, əməkdaşlığın inkişafı istiqamətində çox ciddi addımlar atıldığını bildirib. Cənab Prezident ikinci prezidentliyi dövründə də həmin kursun davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib. ABŞ və Azərbaycan arasında beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək sahəsində əldə edilmiş uğurlar bundan sonra da davam etdiriləcək. Tramp da təbriklərə görə təşəkkürünü bildirib ki, birgə səylərlə əməkdaşlıq mühiti daha da gücləndirilməlidir. Təbii ki, bu telefon danışığı nəticə etibarilə Bayden Administrasiyası dövründə ikitərəfli münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması mənafeyinə xidmət göstərir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

“Cənab İlham Əliyev hələ Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, Trampın hakimiyyətdə olduğu illərdə Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsində idi, Tramp beynəlxalq sülhün və təhlükəsizliyin təminatı sahəsində çox ciddi işlər görüb. Əslində, bu mövqe Trampın ABŞ-də hakimiyyətə gəlməsi və nəticə etibarilə bunun Azərbaycanla əlaqələrinin yaxşılaşmasına xidmət edəcəyinə inamı ifadə edirdi. Artıq bu reallıqdır. Yanvarın 20-də Trampın andiçmə mərasimidir. Cənab Prezident telefon danışığı ilə bir daha nümayiş etdirdi ki, rəsmi Bakı-Vaşinqton münasibətlərində Bayden Administrasiyasının yeritdiyi yanlış region siyasəti ucbatından yaranmış gərginliyin aradan qaldırılması üçün mübit imkanlar yaranır. Tərəflər bundan maksimum istifadə edəcəklər. Tramp kifayət qədər qətiyyətli siyasətçidir və Cənubi Qafqaz regionunda hansı maraqların olduğunu çox gözəl bilir. Eyni zamanda Azərbaycanın regionun lider dövləti olduğunun fərqindədir. Ölkəmizin beynəlxalq sülhün və təhlükəsizliyinin təminatı, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər məsələlərlə bağlı ölkəmizin mövqeyini çox gözəl bilir. Azərbaycanın hansı coğrafiyada yerləşdiyinin də fərqindədir. Bütün bunları hesabladıqda qənaətə gəlmək olar ki, Trampın ikinci prezidentliyi dövrü Bakı-Vaşinqton münasibətlərinin inkişafı üçün əlavə imkanlar pəncərəsi açacaq, əvvəlki Administrasiya dövründə formalaşmış anlaşılmazlıqların aradan qaldırılması mənafeyinə xidmət göstərəcək”, - deputat bildirib. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see453

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see224

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see116

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see111

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri