Trampın imzası 100 dollarlıq əskinaslarda yer ala BİLƏR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında öz imzasının yer aldığı yeni 100 dollarlıq əskinasın eskiz görüntüsünü yayımlayıb.
Redaktor.az xəbər verir ki, paylaşılan fotoda Donald Trampın imzasının ABŞ-nin maliyyə naziri Skott Bessentin imzasının üzərində yerləşdiyi görünür. Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, ABŞ administrasiyası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə ilk dəfə prezidentin imzasının da əskinaslarda yer almasını nəzərdən keçirir. Bu barədə daha əvvəl maliyyə naziri Skott Bessent açıqlama vermişdi.
Qeyd olunur ki, indiyədək 100 dollarlıq əskinaslarda yalnız ABŞ Maliyyə Nazirinin və Xəzinədarın imzaları yer alırdı. Donald Trampın paylaşdığı eskiz reallaşacağı təqdirdə bu, ABŞ pul nişanlarının tarixində ilk belə dəyişiklik olacaq.
Xatırladaq ki, daha əvvəl Donald Trampın fotosunun əks olunduğu xüsusi 250 dollarlıq əskinasın buraxılması ideyası da gündəmə gəlmişdi. Lakin təşəbbüs ABŞ Konqresindən dəstək almadığı üçün həyata keçirilməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 İyul 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















