Icma.az
close
up
RU
Trampın iqtisadi siyasəti neft qiymətlərini vuracaq: Qara qızıl 70 dollar dəhlizində qala biləcəkmi?

Trampın iqtisadi siyasəti neft qiymətlərini vuracaq: Qara qızıl 70 dollar dəhlizində qala biləcəkmi?

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin dövlət büdcəsi layihəsində neftin bir barreli 70 dollardan proqnozlaşdırılır və hazırda dünya bazarında  Azərbaycanın "Azerlight" markalı neftinin bir bareli 73-75 dollar arasında dəyişir. Cari ilin sonunda qlobal  miqyasda yaşananlar onu göstərir ki, gələn il ərzində neftin qiymətinə təsir edəcək müxtəlif proseslərin olacağı qaçılmazdır. Trampın hakimiyyətə gəlməsindən sonra həm Ukraynada, həm də Yaxın Şərqdə gedən münaqişə bitə də bilər və ya əksinə alovlana  da bilər.
Digər tərəfdən, Tramp daha çox  neft ehtiyatını bazara buraxarsa və ümumilikdə fərqli bir iqtisadi siyasət tutarsa, bu da neft bazarına birbaşa təsir edən faktora çevrilə bilər.  Ümumilikdə neftin ucuzlaşması gözlənilirmi və 70 dollar riskli bir rəqəmdirmi?
 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov  bildirib ki, gələn il neftin 70 dollar civarında olması ehtimalı aşağıdır: "Bu ilk olaraq Donald Trampla bağlıdır. Tramp özü də bu məsələ ilə bağlı bəyan edib ki, ABŞ bazara daha çox  neft buraxacaq. Onlar iddia edirlər ki, dünyada ən çox neft ehtiyatları onlardadır. Bu isə böyük ehtimal neftin qiymətinin enməsinə səbəb olacaq”.

Ə.Həsənov qeyd edib ki, ABŞ-ın bu baxımdan Səudiyyə Ərəbistanı kimi dövlətlərlə əməkdaşlıq edəcəyi də gözlənilir: "Məlumdur ki, Trampın, ümumiyyətlə Respublikaçıların Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə münasibətləri daha sıxdır, nəinki demokratların. Bəli, bu baxımdan da Azərbaycan büdcəsi üçün neftin 70 dollardan proqnozlaşdırılması çox risklidir. Böyük ehtimalla  bu özünü doğrultmayacaq və yəqin ki, gələn ilin büdcəsi kəsrlə bitəcək”. 

İqtisadçının fikrincə, nəzərə almaq lazımdır ki, biz neftin qiymətindən də o qədər asılı deyilik: "Bizdə neft hasilatı da azalır, bunun özü də ayrıca problemdir. Bu baxımdan hesab edirəm ki, gələn il  bizim valyuta ehtiyatlarımızın azalma tendensiyasına keçdiyi ilk il ola bilər. Yəni, büdcəni xilas etmək olar, Neft Fondundan əvvəlki illərin neft gəlirlərindən transferlər olacaq. Ancaq bu da valyuta ehtiyatlarımızın azalmasına gətirib çıxaracaq”.

Tehran Yusifli,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri