Icma.az
close
up
RU
Trampın siyasəti sərtləşdi: Yeni ölkələr “qara siyahı”da

Trampın siyasəti sərtləşdi: Yeni ölkələr “qara siyahı”da

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ administrasiyası səyahət qadağası siyahısını genişləndirərək beş ölkəni daha tam qadağa tətbiq edilən ölkələr siyahısına daxil edib və bəzi digər ölkələrə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, çərşənbə axşamı günü elan edilən qərar Şükran Günündə iki Milli Qvardiya əsgərinin vurulması ilə əlaqədar bir Əfqanıstan vətəndaşının həbsindən sonra verilib. 

Donald Tramp ilk prezidentlik dövrünün ən çox müzakirə olunan siyasətlərindən biri olan səyahət qadağasını iyun ayında yenidən qüvvəyə mindirmişdi. Son yeniləmə ilə ABŞ-yə giriş standartlarının daha da sərtləşdirilməsi hədəflənir. Yeni fərmanla Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya tam səyahət qadağası tətbiq edilən ölkələr siyahısına əlavə olunub. 

Bundan əlavə, Fələstin administrasiyası tərəfindən verilmiş səyahət sənədlərinə sahib şəxslərin ABŞ-yə girişi də tamamilə məhdudlaşdırılıb. İyun ayında açıqlanan ilkin siyahıya Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Qvineyası, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən daxil idi. 

Son əlavələrlə birlikdə tam qadağa tətbiq edilən ölkə və bölgələrin sayı artıb. Administrasiya əlavə olaraq 15 ölkəni də qismən məhdudiyyət tətbiq edilən siyahıya daxil edib. Bu ölkələr arasında Anqola, Antigua və Barbuda, Benin, Fil Dişi Sahili, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve var. 

Ağ Evdən verilən açıqlamada məhdudiyyət tətbiq edilən ölkələrin bir çoxunda geniş yayılmış korrupsiya, saxta və ya etibarsız mülki sənədlər və cinayət qeydləri kimi problemlərin olduğu bildirilib. Bu hallar həmin ölkələrin vətəndaşlarının təhlükəsizlik yoxlamasından keçməsini çətinləşdirir. 

Ağ Evin bəyanatında qeyd olunub ki, bu məhdudiyyətlər ABŞ-nin risk qiymətləndirməsi aparmaq üçün kifayət qədər məlumata malik olmadığı xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaq məqsədi daşıyır. Bəyanatda bu addımın miqrasiya qanunlarının icrası və milli təhlükəsizlik məqsədlərinin irəlilədilməsi baxımından həyati əhəmiyyət daşıdığı vurğulanıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri