Icma.az
close
up
RU
Trampın İrana zərbə planı dayandırıldı: İnqilab təxirə salınır? (ŞƏRH)

Trampın İrana zərbə planı dayandırıldı: İnqilab təxirə salınır? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"İranın inqilaba hazır olmaması Trampın bu ölkəyə zərbələr endirməklə bağlı fikrindən vaz keçməsinə səbəb olub".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın İranla bağlı əvvəlki mövqeyindən 180 dərəcə dönərək, bu ölkədə qətllərin dayandırıldığını bəyan etməsini şərh edərkən bildirib. 

Ekspertin fikrincə, ABŞ-la İran arasında məxfi danışıqlar aparılıb və tərəflər müəyyən razılaşmaya gəliblər: 

"İranda nümayişlər başlayan dövrdə belə Tehranla Vaşinqton arasında gizli danışıqlar gedirdi. Bu danışıqlarda gələcəkdə ABŞ-İran münasibətlərinin hansı çərçivədə qurulacağı, eləcə də İranın daxili və regional siyasətində baş verə biləcək dəyişikliklər müzakirə olunurdu. Məncə, tərəflər razılığa da gəliblər. Bunun əlamətlərindən biri İranın nüvə proqramını bərpa etmək niyyətində olmadığını bəyan etməsidir. Tramp isə İranda artıq insanların ölmədiyini, təhlükənin arxada qaldığını açıqladı. O, həmçinin həbs olunanların edam edilməməsini əsas şərt kimi irəli sürdü".


Mehman Əliyevin sözlərinə görə, bütün bunlar göstərir ki, Vaşinqton hələlik İranın mövcud rejimi ilə işləməyə hazırdır: 

"Düşünürəm ki, ABŞ İranda vəziyyətin inqilabi yox, daha çox təkamül yolu ilə dəyişməsində maraqlıdır. Hadisələr də göstərdi ki, ölkədə üsyan cəhdləri olsa da, inqilab baş vermədi. Çünki prosesdə nüfuzlu, aparıcı siyasi qüvvə yox idi. Bu, əsasən kortəbii xalq etirazı idi. ABŞ-ı da çəkindirən məhz aparıcı qüvvələrin olmaması faktorudur. Ona görə də indiki mərhələdə Vaşinqton qəti addımlara getmir. Çünki İran hazırda inqilaba hazır deyil".

Qeyd edək ki, cəmi bir gün əvvəl İrana zərbələr endirilməsi üçün qüvvələrin artıq yolda olduğunu bildirən ABŞ prezidenti Donald Tramp gözlənilmədən mövqeyini dəyişərək, bu ölkədə qətllərin dayandırıldığını bəyan edib. İran tərəfi də dünən gecə hava məkanını yenidən uçuşlar üçün açıb. Hazırda İran səmasında "FlyDubai”, "Air Arabia”, "Etihad Airways” kimi beynəlxalq aviaşirkətlərlə yanaşı, İranın öz hava yollarına məxsus - "Mahan Air”, "Yazd Airways” və digər şirkətlərin reysləri qeydə alınıb. 

Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın kəskin dəyər itirməsindən sonra etiraz aksiyaları başlayıb və qısa müddətdə ölkənin ən azı 46 şəhərini əhatə edib. Məlumatlara görə, etirazlar fonunda 2500-dən çox insan həyatını itirib. Bu proseslər fonunda ABŞ hakimiyyəti nümayişçilərə qarşı sərt tədbirlərin görüləcəyi təqdirdə İrana zərbələr endiriləcəyi ilə hədələyib. Hətta Donald Tramp etirazçılara yardım göstərən qüvvələrin yolda olduğunu da bəyan etmişdi. Lakin bir gün sonra ABŞ prezidenti mövqeyini dəyişərək, İranda edamların dayandırıldığını açıqlayıb. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri