Icma.az
close
up
RU
Rəngli inqilab planı niyə təxirə düşdü?

Rəngli inqilab planı niyə təxirə düşdü?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Görürəm, ölkəmizdə Gürcüstan müxalifətinin bir dəstə azarkeşi varmış. Tiflisdəki mitinqləri göstərib, deyirlər: "Bax, xalq belə olar!"

Qrant müxalifətinin çağırışına gəlib, təkcə elə küçələrdə qışqıran 15-20 min adama "xalq" deyiriksə, bəs seçkidə "Gürcü arzusu"na səs vermiş 1 milyon 120 min seçiciyə kim deyək?! Adamlar təkcə elə mitinqə çıxanda xalq olur?!

Bir nəfər bu yaxınlarda məni inandırmağa çalışırdı ki, heç Azərbaycanın Konstitusiyasında da "demokratiya" deyilən bir şey yazılmayıb. Dedim: "Var. Konstitusiyanın elə birinci maddəsində. Birinci maddənin birinci bəndi: "Azərbaycan Respublikasında xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir". Susdu.

Xalq isə harda hakimiyyətin mənbəyi olur? Gedib seçkilərdə səs verəndə. Küçəyə çıxıb qışqırmaqla hakimiyyətin yox, ən yaxşı halda müxalifətin mənbəyi olmaq olar. O da səni "qışqırdacaq" haqlı səbəblərin varsa.

Əlbəttə, əgər Gürcüstanda seçkilər total saxtalaşdırılmış olsaydı, o zaman həmin o etirazçı 15-20 min adamın haqqı vardı. Ancaq seçkilərin nəticələri təsdiq olundu. O nəticələrin içində Gürcüstanda yaşayan azərbaycanlıların da səsləri çoxdur. "Gürcü arzusu" 54 faizə yaxın səs alıb. Bunun 7-8 faizi Gürcüstanın azərbaycanlı vətəndaşlarının səsidir. Bu 7-8 faiz səs iqtidara deyil, qrant müxalifətinə verilsəydi, nə olardı, bilirsiniz. Qərb Gürcüstanı Rusiya ilə toqquşdurmaq istəyirdi, onu da bilirsiniz. Hələ də istəyir, çalışır. Avropa İttifaqı Gürcüstana xüsusi missiya göndərir, araşdırsın, görsün, vəziyyət nədir. Nəyi araşdıracaq? Seçki keçirilib, xalq da gedib lehinə-əleyhinə səslərini verib, nəticələr də təsdiqlənib, rəsmi elan olunub. Daha araşdırılmalı nə qaldı ki?!

Mətləbdən uzaqlaşmayaq. Gürcüstanda bax, bu günlərdə küçələrdə dolaşan bu qrant müxalifəti qalib gəlsəydi, bəli, Gürcüstanı Rusiya-Ukrayna müharibəsinə qoşacaqdılar. Nəticəsi nələr olacaqdı, çox da xırdalamağa gərək yoxdur. Amma bir nüansı deyim: Gürcüstanda yaşayan azərbaycanlıları toplayıb Rusiya ilə müharibəyə, şübhəsiz, ölümə göndərəcəkdilər, yoxsa yox?! Əlbəttə, göndərəcəkdilər. Bu, Azərbaycanda da müəyyən ictimai gərginlik yaradacaqdı. Çünki Gürcüstan türklərinin Azərbaycanda qohum-qardaşları az deyil. Azərbaycan dövlətinin üzərinə daha bir ağır iş yükü düşəcəkdi. Hələ mən bizim Türkiyəyə, Qərbə quru yolumuzun, neft-qaz kəmərlərinin Gürcüstandan keçməsini demirəm. O da ayrı bir məsələ.

Məlumdur ki, Gürcüstan Rusiya ilə baş edəcək gücə sahib deyil, sadəcə, başını qata bilərdi. O da bir müddət. Gürcüstan müxalifətinin "qrant ataları" üçün elə bu da kifayət idi; Ukraynada Rusiyanın hücumunu dayandırmaq, ya da bir müddət ləngitmək. Bu məqsəd üçün Gürcüstan kimi bir dövləti "xərcləmək" istəmişlər. Avropaya inteqrasiya-filan, bunlar hamısı nağıldır. Bax, o Tiflis küçələrində "xalqam" deyib, aşağı-yuxarı gəzişən müxalifətçilər hakimiyyətə gəlsəydi, ola biləcəkləri sadaladıq. Xalq buna imkan vermədi.

İndi artıq vəziyyət xeyli dəyişdi; ABŞ-da Tramp hakimiyyətə gəldi. Gələn il yanvarın 20-də Trampın səlahiyyət müddəti başlayır. O vaxta qədər Co Bayden administrasiyası Gürcüstanda planlaşdırdığı dövlət çevrilişini, ya rəngli küçə inqilabını edə biləcəkmi?! Çətin. O qatar, məncə, noyabrın 5-də Tramp seçiləndə getdi. Yerdə qaldı Tiflis küçələrində sayı gündən-günə azalan qrant müxalifəti. Macarıstanın baş naziri Orban 26 oktyabr seçkisindən dərhal sonra qalibi təbrik üçün Tiflisə gələndə, Brüsseldə dedilər: "Orban tələsib". İndi məlum oldu, tələsən kimdi, gecikən kim? Qərb Gürcüstanda onsuz da zəif olan "rəngli inqilab" fürsətini Trampla tamam itirdi.

Trampdan söz düşmüşkən, və "rəngli" demişkən, Bayden administrasiyasının, eləcə də, Avropa hökumətlərinin Gürcüstandan əsas tələblərindən biri ailə dəyərlərinin qorunması ilə bağlı qanunu ləğv etmək idi. Qərbin Gürcüstandan xarici təsir agentləri haqda, eləcə də, ailə dəyərləri haqda qanunların ləğvini istəməsi, bilirsiniz nəyə bənzəyir? Azərbaycanın məşhur "O olmasın, bu olsun" kinokomediyasında qoçuların tələbinə oxşayır: "Aç qapını, gələk, səni öldürək". Ancaq Gürcüstanda bu, kino deyildi, real komediya idi. Həm də tragikomediya. Gürcüstan xalqı onun faciəsi üzərində xoşbəxt perspektivlər qurmağa çalışanlara bu imkanı vermədi.

Konkret olaraq, ailə dəyərləri qanunu niyə Qərbi bu qədər narahat edirdi? Çünki Gürcüstan cəmiyyəti, dövləti kişinin kişi ilə, qadının qadınla evlənməsini qəbul etmək istəmir. LGBT istəmir. Vaxtilə Avropa Şurasına qəbul olunandan sonra Qərb Azərbaycandan da bunu istəmişdi; Avropadakı kimi LGBT-yə hər cür hüquqlar və geniş meydan verməyi tələb etmişdilər. Azərbaycan da qəbul etməmişdi, bu gün Gürcüstan da etmir. Zaman da göstərdi ki, heç Amerikada da xalq bunu istəmir. Əks halda seçkiqabağı kampaniyada LGBT əleyhinə sərt strategiya, faktik savaş elan edən namizədə - Donald Trampa səs verməzdilər.

Yeni seçilmiş prezident deyir: "Allah iki cins yaradıb: kişi və qadın". Trampla ABŞ özü ailə dəyərlərini qorumaq üçün qanun qəbul edəcək və həmin qanunda yalnız iki cins - kişi və qadın nəzərdə tutulacaq (hər halda yeni prezidentin xalqdan səs istəyəndə verdiyi əsas vədlərdən biri bu olmuşdu). Cins dəyişikliyi, məktəblərdə bunun təbliği və sair nəinki dayandırılacaq, hətta belə hallar cəzalandırılacaq.

Bu da o deməkdir ki, ABŞ Gürcüstandan ailə dəyərləri haqda qanunun ləğvini tələb etməyəcək. Üstəlik, gözlənilir ki, Vaşinqton xarici təsir agentləri haqda qanunun ləğvini də Tiflisdən istəməyəcək. Bu qanunları Bayden administrasiyası, eləcə də, onun əmrində olan Avropa liderləri ona görə ləğv etdirmək istəyirdi ki, bu qanunlardan biri Gürcüstanda müstəqil dövlət institutlarını, o biri isə möhkəm ailə institutunu içəridən dağıtmağa mane olur. Nəticədə Gürcüstanda marionet hökumət qurub, Ukraynada irəliləyən Putinin üstünə göndərmək planları alınmır. Tramp, ümumiyyətlə, Ukrayna müharibəsini dayandırmağı planlaşdırır və "Hər şeydən əvvəl Amerikadır" deyirsə, Gürcüstanda da Baydensayağı siyasəti davam etdirməyəcək. Beləliklə, Tiflisdəki mitinqlərə "xalq" deyib, azarkeşlik edənlərə pis xəbərimiz var: Gürcüstanda inqilab-filan onsuz da olası deyildi, indidən sonra da heç olmayacaq. Sonrakı məyusluğa görə boş-boşuna həvəslənməyə dəyməz...

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see384

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see375

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see372

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see313

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see286

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see280

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see273

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see268

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see255

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see249

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see247

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see246

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see242

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see234

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see233

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see220

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see216

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see203

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri