Icma.az
close
up
RU
Trampın İranı məhv etməklə hədələməsi vəziyyəti daha da kritik həddə gətirə bilər

Trampın İranı məhv etməklə hədələməsi vəziyyəti daha da kritik həddə gətirə bilər

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib. O xəbərdarlıq edib ki, Tehran öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqton onu yenidən "məhv edəcək".

Trampa cavab olaraq isə İran İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi bildirib ki, "İran ABŞ və İsrailin son təcavüzü zamanı həm bizə, həm də rəqiblərimizə qarşı nə baş verdiyini, o cümlədən zərbələrin miqyasını hələ də gizlədildiyini dəqiq bilir".

"Təcavüz təkrarlansa, biz daha qətiyyətli və gizlətmək mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik",- deyə A.Əraqçi vurğulayıb.

Bəs ABŞ və İran arasında gərginliyin artması fonunda, Cənubi Qafqazda, o cümlədən Azərbaycan üçün mümkün təhlükəsizlik riskləri və diplomatik tədbirlər nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Polad Mehdiyev bildirdi ki, ABŞ Prezidentinin İranı məhv etməklə açıq şəkildə hədələməsi və yenidən müharibənin baş verməsi Yaxın Şərqdə gərgin olan vəziyyəti daha da kritik həddə gətirə bilər:

"Bu bəyanat, regional müharibə ehtimalını artırmaqla yanaşı, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan üçün bir sıra təhlükəsizlik və diplomatik risklər yaradır. Əvvəla, ABŞ-İran qarşıdurması genişmiqyaslı hərbi münaqişəyə çevrilərsə, bu, təkcə Körfəzi deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz bölgəsini təsirləndirə bilər. Azərbaycan İranla uzunmüddətli quru sərhədinə malikdir və bu sərhəd boyu sabitliyin pozulması qaçqın axını, sərhəd insidentləri və ekstremizm təhlükəsini artırar. Digər tərəfdən, İranın Qafqazda mövcudluğunu qorumaq üçün qeyri-rəsmi aktorları – o cümlədən radikal dini qrupları hərəkətə keçirməsi ehtimalı var. Bu, Azərbaycanın daxili sabitliyinə təhdid yarada bilər. Eyni zamanda, İran bölgədə Azərbaycanla bərabər enerji siyasətində rəqibdir. ABŞ-İran qarşıdurması zamanı İran tərəfindən Xəzər regionundakı neft-qaz infrastrukturuna qarşı sabotaj riski arta bilər".

Müsahibimizin sözlərinə görə, İranla olan 765 km-lik sərhədin hər hansı destabilizasiyası Azərbaycanın cənub bölgələrində humanitar və təhlükəsizlik böhranlarına yol aça bilər.

"Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin dayanıqlılığı Azərbaycanın iqtisadi təhlükəsizliyinin əsas sütunudur. ABŞ-İran qarşıdurması zamanı bu marşrutlar dolayı risk altına düşə bilər. Azərbaycan həm ABŞ, həm də İranla münasibətləri balanslı saxlayır. Hərbi-siyasi qarşıdurma bu balansın pozulması təzyiqini artıracaq. Göründüyü kimi, ABŞ-İran qarşıdurmasının kəskinləşməsi Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət strategiyası üçün risklidir", - deyə P.Mehdiyev vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri