Icma.az
close
up
RU
PUTİNİN “DƏLİLİYİ” VƏ TRAMPIN “DİŞSİZLİYİ”... Kreml niyə ABŞ nin qətiyyətli addım atmayacağına əmindir?

PUTİNİN “DƏLİLİYİ” VƏ TRAMPIN “DİŞSİZLİYİ”... Kreml niyə ABŞ nin qətiyyətli addım atmayacağına əmindir?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp artıq dörd aydır ki, bir-birini təkzib edən müxtəlif səpgili bəyanatlar və qərarlar verir. Elə bu cür ziddiyyətli və absurd fikirləri üzündən onun siyasətini məntiqi mühakimə ilə təhlil etmək çətinləşir...

Bəlkə də Tramp hansısa məqsədlərini gizlətmək üçün qəsdən bu cür davranır. Ancaq istənilən halda, Trampın verdiyi qərarlar və xüsusən də Rusiya-Ukrayna müharibəsi ilə bağlı yürütdüyü siyasət ABŞ-ni nüfuzdan salır və onun hegemon mövqeyini sarsıdır.

Tramp Putin barəsində ”O, tamamilə dəli olub!” ifadəsini işlətsə də, eyni zamanda deyib ki, bu, Zelenskinin, Putinin və Baydenin müharibəsidir, Trampın yox. Əlavə edib ki, əgər Putin Ukraynanın hamısını ələ keçirməyə girişsə, bu, Rusiyanın özünün süqutu ilə bitəcək.

Trampın sözlərindən belə çıxır ki,Putin ilə yanaşı, Ukrayna Prezidenti də günahkardır. Görəsən, Tramp bilmir ki, Rusiya Ukraynaya hələ 2014-cü ildə təcavüz etmişdi? Tramp Putini “dəli” adlandırsa da, ona qarşı sərt tədbirlər görməkdən yayınır...

Rusiya üç ildən artıqdır ki, Ukraynada müharibə aparır, ABŞ və Avropa İttifaqı Moskvaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib, amma bunların praktiki faydası görünmür. Əks halda, Rusiya hələ də ultimatum dili ilə danışa bilməzdi...

İstanbulda Rusiyanın Ukrayna qarşısında qoyduğu şərtlər sadəcə, kapitulyasiya aktına imza atılması tələbiydi. Burada maraqlı məqam ondan ibarətdir ki, hələ Tramp Putinə zəng etməmişdən öncə Moskva sanki nə baş verəcəyini öncədən bilirmiş kimi davranırdı. Niyə? Çünki Vladimir Putin ABŞ-dən hər hansı təhlükə gəlməyəcəyinə əmin idi. Böyük ehtimalla Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Putinlə görüşündə ona ABŞ-nin mövqeyinin nə dərəcədə yumşaq olduğunu göstərib və Putin anlayıb ki, o, müharibəni danışıqları imitisaiya etməklə paralel rahatca davam etdirə bilər.

Rusiyanın strategiyası uzunmüddətli, üzücü müharibə üzərində qurulub. Putinin köməkçisi Vladimir Medinski I Pyotrun İçveçlə apardığı “Şimal Müharibəsi” adlanan 21 illik müharibəni əbəs yerə xatırlatmayıb. O vurğulayıb ki, Rusiya uzun müddət müharibə aparmağa hazırdır. Bu, özündən razı və mübahisəli bəyanat olsa da, faktiki olaraq, Rusiya ABŞ və Avropanın ”dişsizliyinin” bu cür davam edəcəyindən tam arxayındır.

Məlumdur ki, Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya zərfini işə salıb. Bu dəfə “kölgə donanması” hesab edilən gəmilərə sanksiya qoyulacaq. Bundan öncə Bayden tərəfindən oxşar sanksiya qoyulmuşdu. Ümumilikdə təxminən 350 tanker Rusiyanın neft daşımalarında istifadə edilən “kölgə donanması” sayılır. Ancaq Rusiya neftini daşıya biləcək tankerlərin ümümi sayı 800-ü ötür. Bəs onlar necə olacaq? Sanksiyaların sayının 17-yə çatmasının özü xeyli sual doğurur. Bunların hamısını üç il öncə, bir-iki dəfəyə etmək olmazdımı? Ukraynaya necə “dozlaşdırılmış” yardımlar edilirsə, elə o cür “dozalaşdırılmış” formada da sanksiyalar tətbiq olunur. Hələ üstəlik, tətbiq edilmiş sanksiyaların pozulmasına da göz yumulur.


Sanksiyalar məsələsində Avropa indiyə kimi hadisələrin arxasınca sürünüb və vəziyyətə uyğun hərəkət edib. Nəticədə çox gecikib. Həm də Avropa həmişə nəzərlərini ABŞ-nin addımlarına zilləyib və demək olar ki, siyasətini buna müvafiq şəkildə tənzimləyib. Amma Tramp gələndən sonra işlər dolaşığa düşüb. Avropada başa düşürlər ki, əgər Rusiya Ukraynada qələbə qazanarsa, növbə mütləq Baltika ölkələrinə gələcək. Ona görə də Avropanın iqtisadi və texnoloji nəhəngi olan Almaniya gec də olsa yavaş-yavaş hərəkətə gəlir. Almaniya kansleri Fridrix Merts Ukraynaya verilən silahların vurduğu məsafə ilə bağlı məhdudiyyətin artıq olmadığını deyib.

Həmçinin, bildiyimiz kimi, Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, xaricdə hərbi briqada yerləşdirib. Fridrix Merts Litvada 45-ci Zirehli Briqadanın yerləşdirilməsi mərasimindəki çıxışında deyib: ”Vilnüsü qorumaq Berlini qorumaqdır”.

Ancaq məsələ ondadır ki, Almaniya kimi böyük dövlət bu briqadadakı əsgər sayını yalnız 2027-ci ildə 5000 nəfərə çatdıracaq. Yəni, hərbləşmə prosesi çox ləng gedəcək və 2027-ci ilədək hələ xeyli vaxt var. Həmçinin, əgər Rusiya Baltik ölkələrində hibrid müharibəsinə başlasa, Almaniyanın bu briqadası kimin və necə köməyinə çatacaq?


Avropadakı kimi ABŞ-nin siyasi elitasında da Trampdan tamamilə fərqli düşünənlər var və onlar Trampdan Rusiyaya qarşı təxirəsalınmaz tədbirlər görülməsini tələb edirlər. Belə ki, ABŞ senatorları Lindsi Qrehem və Riçard Blumental tərəfindən yeni qanun layihəsi irəliyə sürülüb. Həmin layihədə Rusiyadan neft, qaz və digər məhsullar alan ölkələrə 500 %-lik rüsum qoyulması tələb olunur. Bu, Rusiya ilə faktiki ticarət edən istənilən ölkənin cəzalandırılması anlamına gəlir.

Qrehem bu barədə deyib: "Biz çox uzun müddət kənarda qaldıq. Problem Ukraynada deyil, Rusiyadadır. Rusiya Ukraynaya hücum etdi. Bu məsələlərdə mənəvi tərəf çox vacibdir. Məncə, Putin bizim hamımızla oyun oynayır. Çinə də xəbərdarlıq etməyin vaxtıdır. Onlara demək lazımdır ki, əgər siz normal dövlət kimi qəbul olunmaq istəyirsinizsə, onda normal davranın. Putindən ucuz neft almağın cəzasız günləri başa çatır. Biz mütləq müvafiq tədbir görəcəyik".

Lindsi Qrehemin layihəsi 82 senator tərəfindən dəstəklənir. Bir neçə gün öncə KİV-lərdə ABŞ Dövlət katibi Marko Rubionun Donald Trampa Rusiyaya qarşı sanksiya tətbiq etməyi məsləhət görməsi barədə məlumat yayılmışdı. Ancaq hələ ki, Tramp bundan boyun qaçırır.

Rusiyanın təcavüzkar siyasətinə qarşı ABŞ Senatının sərt mövqeyi qarşısında Trampın hansı manevr göstərəcəyi maraq doğurur. Əgər Tramp Rusiya ilə bağlı siyasətini davam etdirərsə, onda onun özünün ölkə daxilindəki vəziyyəti çətinləşə bilər. Həm də ola bilər ki, müharibənin bu cür ssenariylə davam etməsi ABŞ-nin dərin geostrateji maraqlarına cavab verir. ABŞ-nin dövlət maraqları hər şeydən öndə durur və prezidentlərin dəyişməsindən asılı olmayaraq, fundamental strategiya yerində qalır. Ona görə də Ukrayna ilə bağlı ABŞ-nin yürütdüyü siyasət öz xarakterinə görə ciddi dəyişikliyə uğramayıb. ABŞ-nin Ukraynaya münasibəti əslində öncədən formalaşıb və Cozef Baydenlə Donald Trampın yürütdüyü siyasət mahiyyət etibarı ilə eynidir. Sadəcə metodlar və bəyanatların ritorikası fərqlənir. Bayden deyirdi ki, biz həmişə Ukraynanın yanında olacağıq və bu müharibədə Rusiya məğlub edilməlidir, Putin cinayətkardır və sair. Amma buna baxmayaraq, Bayden müxtəlif bəhanələrlə Ukraynanı aylarla silahsız qoydu. Tramp isə deyir ki, mən müharibəni dayandımaq istəyirəm, günahsız insanlar ölür və Putin yalnız məni dinləyir. Tramp ziddiyyətli fikirlər səsləndirir, Rusiyanı birmənalı günahkar çıxarmır, işğalçını öz adı ilə çağırmır, yalnız hərdən deyir ki, belə getsə, sankiyalar qaçılmaz olacaq.

Nəticədə qəsdən elə təsəvvür yaradılır ki, sanki hər şey obyektiv gerçəkliyin təzahürüdür. Lakin lap öncədən ABŞ-nin müharibənin uzanmasını planlaması versiyasını da nəzərdən qaçırmayaq. Yeri gəlimişkən, Almaniya kansleri Fridrix Merts deyib ki, bu müharibə bizim təsəvvür etdiyimizdən daha çox uzana bilər...

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see138

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri