Trampın mövqeyinə bu iki şəxs təsir edib “Onlar bunun üçün aylardır çalışırlar”
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubio Donald Trampın Rusiyaya qarşı kursunu yenidən nəzərdən keçirməsinə həlledici təsir göstərib.
“AzPolitika” xəbər verir ki, bunu Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ Konqresindəki üç mənbəyə istinadla yazıb.
“Onlar deyirlər ki, sərt xəttli respublikaçılar Ağ Ev rəhbərini Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırmaq üçün aylardır pərdə arxasında çalışırlar” – qəzet yazıb.
Qeyd olunur ki, bu işdə Stiv Uitkoffu sıxışdırmağa nail olan Keyt Kelloqqun xüsusi rolu var. Mənbə Kelloqun "son vaxtlar yüksəlişdə olduğunu" qeyd edib: “O və Rubio Moskvaya münasibətdə yeni yanaşmaya təkan verir”.
Xatırladaq ki, iyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib. NATO bu prosesi koordinasiya edəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 17 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















