Trampın Nobel mükafatına namizədliyini dəstəkləyən ölkələrin açıqlandı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən 7 ölkənin liderinin adını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qabon Prezidenti Bris Oliqi Nguema, İsrailin Baş naziri Benyamin Netanyahu, Kambocanın Baş naziri Hun Manet, Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe və Pakistan hökuməti var.
Qeyd edək ki, iyunun 20-də Pakistan hökuməti Trampı “Hindistanla hərbi münaqişənin həllində vasitəçiliyinə görə” 2026-cı il Nobel Sülh Mükafatına tövsiyə edib. Netanyahu iyulun 8-də Trampın namizədliyini “dünyada, xüsusən də Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə” təklif edib.
Kambocanın Baş naziri avqustun 7-də Trampı “Kamboca və Tailand sərhədində sülh və sabitliyin bərpasında həlledici roluna görə” Nobel Sülh Mükafatına namizəd göstərib. Həmçinin, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb. Bundan sonra İlham Əliyev və Nikol Paşinyan Trampın namizədliyini irəli sürmək niyyətində olduqlarını bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək
01 Avqust 2025 14:41
Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
01 Avqust 2025 12:22
Yeddi ölkə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
13 Avqust 2025 15:20
Pakistan yenidən Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
14 Oktyabr 2025 09:39
Baxış sayı:53
Bu xəbər 13 Avqust 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















