Trampın nümayəndəsi Bakı İrəvan dialoqundan danışdı İlk dəfə
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilk dəfə Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub.
Globalinfo.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
Uitkoff ABŞ-ın təsirli ola bilməyəcəyi hallarda vasitəçiliyə cəlb olunmasının düzgün olmadığını deyib.
“Niyə ABŞ-ın vaxtını boşa sərf edirsiniz? Niyə mən prezidentin yanına gəlib təklif etməliyəm ki, dialoq yolu ilə nəyisə edə bilərik, sonra isə bunu bacarmayaq. Bu, pis siyasi strategiyadır”, – deyə o bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, qiymətləndirmələr aparandan sonra iştirakın mənası olar:
“Bu hesablamalar təkcə İran, Rusiya və Ukraynaya deyil, Azərbaycan və Ermənistana da şamil edilir. ABŞ danışıqlarda yalnız real təsir imkanlarına malik olduğu hallarda iştirak etməlidir”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 22 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















