Icma.az
close
up
RU
Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: Kənd məktəbindən Çinə getmək asan deyil

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: Kənd məktəbindən Çinə getmək asan deyil

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova Oxu.Az-la təəssüratını bölüşüb.

Nilufər Şükürova bildirib ki, NYU Şanxay Universitetinə müraciəti dövlət dəstəyi olmadan edib.

O qeyd edib ki, bütün sənədləri və müraciət prosesini məktəbin direktoru və sinif rəhbərinin yönləndirməsi, eləcə də tədris mərkəzinin köməyi sayəsində həyata keçirib:

"Əvvəla, qeyd edim ki, soyadım bir çox yerdə səhv yazılıb. Hüseynli yox, Şükürovadır. Universitetlərin müraciət üçün vahid onlayn platforması var. Həmin portal üzərindən qeydiyyatdan keçərək tələb olunan məlumatları, esse və digər sənədləri təqdim etmişəm. İmtahan nəticələri də sistemə əlavə olunub. ABŞ universitetlərində qəbul zamanı məktəbdəki nailiyyətlər və direktorun tövsiyə məktubu mühüm rol oynayır.

Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.

SAT imtahanında 1 600-dən 1 460 bal toplamışdım. IELTS üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib".

N.Şükürova bildirib ki, ailəsi qəbul xəbərini böyük sevinclə qarşılayıb:

"Qəbul olunma ehtimalını düşünürdük, lakin bu səviyyədə təqaüd gözləmirdik. Ona görə də hamımız üçün gözlənilməz və çox sevindirici oldu. Kənd məktəbindən Çinə getmək asan deyil. Kənd məktəbində oxuyan bir şagird kimi, bu nəticə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əldə etdiyim nailiyyətin istər Azərbaycanda, istərsə də xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərə nümunə olmasını arzulayıram. Bunun üçün hər kəs özünə inanmalı və arzularını həyata keçirmək üçün intizamla çalışmalıdır. Bu uğurda məktəb rəhbərliyinin və müəllimlərimin böyük dəstəyi olub. Xüsusilə direktorun dəstəyini qeyd etməliyəm. Bu nəticəni təkbaşına əldə etməmişəm.

Uğurumda üç əsas amil rol oynayıb: birincisi, öz istəyim və bu istəyi reallaşdırmaq üçün davamlı çalışmağım; ikincisi, valideynlərimin yönləndirməsi və dəstəyi; üçüncüsü isə təhsil müddətim boyunca məni daim oxumağa həvəsləndirən, düzgün istiqamətə yönəldən və köməyini əsirgəməyən müəllimlərimdir".

N.Şükürova təqaüd məbləği ilə bağlı məqama da aydınlıq gətirib:

"Universitetin illik təhsil haqqı 69 000 ABŞ dollarıdır. Kampus yataqxanası üçün illik 6 000 dollar, tibbi sığorta üçün 5 500 dollar, dərs vəsaitləri üçün isə təxminən 1 500 dollar nəzərdə tutulur. Ümumilikdə bir illik təhsil xərci təxminən 82 000 ABŞ dolları təşkil edir.

Universitet tərəfindən mənə illik 72 000 ABŞ dolları məbləğində təqaüd ayrılıb. Qalan xərclər ailəm tərəfindən qarşılanacaq. Təhsil müddəti dörd ildir və təqaüd hər il tətbiq olunacaq".

O əlavə edib ki, NYU uzun illərdir arzuladığı universitet olub:

"Məlumat üçün qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın oğlu Nyu-York Universitetinin Vaşinqton filialında təhsil alır. Mənim qəbul olunduğum isə Nyu-York Universitetinin Şanxay filialıdır. Universitetin digər filialları da var, o cümlədən Əbu-Dabidə.

İxtisasım interaktiv media və biznesdir. Şanxay filialında təhsil alacağam və burada Çin dili də tədris olunur. Çin və Azərbaycanın müxtəlif istiqamətlərdə əlaqələri çox yaxşıdır, təhsildə də həmçinin. Çin hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və hesab edirəm ki, bu mühit mənim gələcək inkişafım üçün böyük imkanlar yaradacaq. Gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istərdim. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Planlarım universitetdəki təhsil prosesindən asılı olaraq daha da dəqiqləşəcək.

İngilis dilini bilirəm, fransız dilini isə müəyyən səviyyədə mənimsəmişəm. Şanxayda təhsil aldığım müddətdə Çin dilini də öyrənməyə başlayacağam".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri