Icma.az
close
up
RU
Trampın planı həyata keçəcək? Ekspert

Trampın planı həyata keçəcək? Ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Trampın Qəzza üzrə 20 maddəlik planının gerçəkləşmək ehtimalı yox dərəcəsindədir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı deyib.

Ekspertin fikrincə, Trampın Qəzza ilə bağlı təqdim etdiyi planla bağlı optimist deyil:

"Təəssüf ki, optimist ola bilmirəm. Son anda HƏMAS-ın plana verdiyi cavab da göstərir ki, Trampın həmin planı gerçəkləşməyəcək və deməli, bölgəyə sülh gətirməyəcək".

Ekspert 3 günə girovlarla bağlı məsələnin həll olunacağını da inandırıcı hesab etmir:


"Üç gün ərzində bu məsələnin həll olunacağına inanmıram. 3 gün ərzində girovlar buraxılsa, deməli İsrail dayanacaq və dəyişilmə olacaq. Amma HƏMAS-ın son məlumata əsasən, Trampın planına müsbət yanaşmaması onu deməyə əsas verir ki, girovların azad edilməsi belə baş verməyəcək. Yəni burada əsas girovlarla bağlı bənddir. Prosesin sonrakı gedişatı onun necə həyata keçib-keçməyəcəyindən asılıdır. HƏMAS-ın təklifə münasibəti də göstərir ki, bu, baş verməyəcək və yerdə qalan digər planlar da həll olunmayacaq. Deməli, Trampın planı uğursuzluğa uğrayacaq".

Qeyd edək ki, Ağ Ev prezident Donald Trampın Qəzza üzrə sülh planını təqdim edib. Plan 20 bənddən ibarətdir. Bəndlərə əsasən, İsrail anklavı işğal etməyəcək və ya ilhaq etməyəcək. 

Qəzza "radikallıqdan azad, terror olmadan” bir zona olacaq və qonşulara təhlükə yaratmayacaq. Həmçinin İsrail bu razılaşmanı ictimai şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün girovlar azad ediləcək. Ardınca  İsrail ömürlük həbs cəzası alan 250 nəfəri və 2023-cü il 7 oktyabrdan sonra saxlanılan 1700 Qəzza sakininin azad olunmasını təmin edəcək.

Bu planı İsrail tərəfi qəbul edib. Sonda əldə edilən məlumata görə isə HƏMAS Trampın planını rədd edib. Hərəkatın rəhbərlərindən Mahmud Mərdavi bəyan edib ki, plan qeyri-müəyyəndir, zəmanəti yoxdur və Fələstin dövlətinin tanınması istiqamətindəki prosesi dayandırmaq məqsədi daşıyır. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri