Icma.az
close
up
RU
Trampın sülh müqaviləsi ndə qalib olmayacaq Ekspert

Trampın sülh müqaviləsi ndə qalib olmayacaq Ekspert

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yay aylarına qədər Trampın reputasiyasına ciddi zərbə dəyməsə, ona qədər Kiyevlə Moskva arasında sülh danışıqları başlayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Türkiyə XİN rəhbəri Hakan Fidanın yaya qədər Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlaya biləcəyilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Türkiyə XİN rəhbəri Hakan Fidanın vurğuladığı kimi yaya qədər Kiyevlə Moskva arasında sülh danışıqlarına başlamaq ehtimalı var:

"Əslində, birbaşa olmasa da bu danışıqlar müxtəlif səviyyələrdə gedir. Bu istiqamətdə ABŞ-Rusiya, ABŞ-Ukrayna danışıqlarının getdiyinin şahidiyik. Tramp sülhə məcburetmə taktikasından məharətlə yararlanır. O, Ukraynaya sərt bəyanatlar verir. ABŞ hətta Ukraynada prezident seçkilərinin keçirilməsində də maraqlıdır. Tramp Rusiyaya yönəlik də sərt bəyanatlarla çıxış edir və deyir ki, Kreml ölkəsinin böyük itkilərə məruz qaldığının və onu sosial kataklizmlərin gözləyə biləcəyinin fərqində olmalıdır".


Ekspert qeyd edir ki, Trampın vəd etdiyi sülh müqaviləsində heç kim qalib görsənməyəcək:

"Putin də sülh danışıqlarında maraqlıdır. Çünki Tramp dövründə ABŞ-ın gözlənilməz və proqnozlaşdırılması çətin olan addımlar atacağının fərqindədir. Putin Rusiyanın itkilərinin çox olduğunun da fərqindədir. O, həmçinin məqsədinə əsasən nail olub. Ukraynanın bəzi ərazilərini tutub. Putin  Kiyevin NATO dövləti olmayacağı reallığına da artıq nail olub. Zelenski də bu vəziyyətlə barışıb".

Həmsöhbətimiz artıq sülh planının hazır olduğu qənaətindədir:

"Bu planla Ukrayna ərazi itkilərilə birmənalı şəkildə barışmalı olacaq. Putin də indi əldə etdiklərinin bəzilərindən imtina etmək zorunda qalacaq. Yəni hər iki tərəf bəzi korrektlərlə Trampın təklif etdiyi sülh planını qəbul edəcək. Ona görə də yaya qədər sülh danışıqlarının başlanması ehtimalı mümkündür. Trampın qlobal səviyyədə güclü nüfuz xərcləməsi prosesi gedir. Trampın ilhaq siyasətini bəyan etməsi dünya dövlətlərinin əksəriyyəti tərəfindən iqnor edilir".

Ekspertə görə, Trampın bu ilhaqçı baxışları son nəticədə onun nüfuzunun sürətlə aşağı düşməsinə səbəb ola bilər:

"Lavrov bu günlərdə onu Hitlerlə müqayisə edib. Beləliklə, Tramp nüfuzunu xərcləməsə sülh danışıqlarında moderator olacaq. Yəni yay aylarına qədər Trampın reputasiyasına ciddi zərbə dəyməsə Kiyevlə Moskva arasında sülh danışıqları başlayacaq".

Qeyd edək ki, Türkiyə hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarının yaxın vaxtlarda, hətta yaydan əvvəl başlaya biləcəyini gözləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu agentliyinə müsahibəsində deyib. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri