Icma.az
close
up
RU
Trampın planına qarşı: Türkiyə Qəzzada hansı rolu oynaya bilər? Türkiyəli politoloqdan açıqlama

Trampın planına qarşı: Türkiyə Qəzzada hansı rolu oynaya bilər? Türkiyəli politoloqdan açıqlama

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə uzun illərdir davam edən geosiyasi gərginlik yeni bir mərhələyə qədəm qoyur. Donald Trampın Qəzza zolağını nəzarət altına almaq və oradakı fələstinliləri Misir və İordaniyaya köçürmək planı beynəlxalq arenada ciddi narahatlıqlar doğurub. Trampın Qəzzanı bir növ “Orta Şərqin Rivierası”na çevirmək arzusu iqtisadi baxımdan cazibədar görünsə də, məcburi köçürülmə ehtimalı bu planın humanitar böhrana səbəb ola biləcəyini göstərir. Belə bir planın həyata keçirilməsi İsrailin bölgədəki üstünlüyünü artırmaqla yanaşı, ərəb dövlətlərinin siyasi mövqeyini zəiflədə bilər. Türkiyə də bu plana qəti şəkildə etiraz edir. Tarixə nəzər saldıqda, Qəzza 20-ci əsrə qədər Osmanlı imperiyasının bir hissəsi olub və Ankara üçün bu bölgə xüsusi həssaslıq daşıyır. Bəzi dairələr Türkiyənin, fələstinlilər müstəqil dövlət qurana qədər Qəzannı müvəqqəti müxtariyyəti altına almasının mümkünlüyünü irəli sürürlər. Lakin belə bir ssenari nə qədər realdır? 

Bu barədə Moderator.az-a danışan türkiyəli politoloq Yeşim Demir xatırladıb ki, 5 fevral tarixində İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüşdə təxminən 2 milyon fələstinlinin Misir və İordaniyaya göndərilməsi ideyası gündəmə gəlib. Fələstin xalqı dünyanın ən mübahisəli bölgələrindən biri olan bu torpaqlar uğrunda 75 ildir mübarizə aparır və bu müddət ərzində böyük bədəl ödəyib:

“ Trampın Qəzzanı "Orta Şərqin Rivierası"na çevirmək arzusu müsbət bir vizyon kimi görünsə də, fələstinlilərin məcburi köçürülməsi qalıcı bir humanitar faciəyə yol aça bilər. Bundan əlavə, bu plan sülhü təmin etməkdən daha çox, bölgədəki münaqişələrin daha geniş ərazilərə yayılmasına səbəb ola bilər.Tramp tərəfindən irəli sürülən plan çərçivəsində Körfəz ölkələrinin də bu əhali köçürülməsinə maliyyə dəstəyi göstərəcəyi iddia edilir və Qəzzanın qlobal cazibə mərkəzinə çevrilməsi hədəflənir. Lakin fələstinlilərin Misir və İordaniyaya yerləşdirilməsi ilə bağlı ciddi maneələr mövcuddur. Misir və İordaniya bu plana isti yanaşmamaqla yanaşı, ABŞ-dan aldıqları maliyyə yardımlarının kəsilməsi təhdidi ilə üzləşirlər. Ötən il Misirin, Qəzzaya ən yaxın sərhəd bölgəsində fələstinli qaçqınları qəbul etməsi gündəmə gəlsə də, Qahirə hökuməti bu məsələyə hələ də ehtiyatla yanaşır. Misir, məcburi köçürülən fələstinlilərin bir daha geri dönə bilməyəcəyindən narahatdır və 1947-1949-cu illər arasında baş vermiş "Nəkbə" (Fəlakət) prosesinin təkrarlanmasının ölkənin gələcəkdə bir müqavimət mərkəzinə çevrilməsinə səbəb ola biləcəyindən çəkinir.Trampın planı bir çox dövlət tərəfindən tənqid olunub və bu təşəbbüsün İsrailin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmağı, yeni münaqişələrin qarşısını almağı və ərəb ölkələrinin İbrahim Sazişləri çərçivəsində İsraillə münasibətlərini inkişaf etdirməyə təşviq etməyi hədəflədiyi irəli sürülə bilər. Lakin beynəlxalq reaksiyalar və regional siyasi dinamiklər nəzərə alındıqda, planın həyata keçirilmə ehtimalı qeyri-müəyyən olaraq qalır. Digər tərəfdən, fələstinlilərin məcburi köçürülmədən, onların da iştirak etdiyi dayanıqlı bir Qəzzanın inşası daha real və humanist bir həll yolu kimi qiymətləndirilə bilər”.

Türkiyəli politoloq əlavə edib ki, Donald Trampın bu planının bir müharibə taktikası olub-olmaması iki fərqli aspektdən dəyərləndirilə bilər:

“Birinci növbədə, Trampın Qəzzanı "Orta Şərqin Rivierası"na çevirmək barədə açıqlamaları ərəb dövlətləri tərəfindən etirazla qarşılanmışdır. Ərəb ölkələri, fələstinlilərin məcburi köçürülməsini rədd edərək, Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Qəzzanın yenidən qurulması üçün bir araya gələcəklərini bəyan ediblər. Lakin Trampın bu etirazları, ərəb ölkələrinin ABŞ-a iqtisadi və siyasi cəhətdən asılı olduğu səbəbindən nə dərəcədə ciddiyə aldığı mübahisəlidir. Çünki ərəb liderlərinin İsraillə normallaşma prosesləri nəzərə alındıqda, bu etirazların nə qədər güclü olduğu və konkret addımlara çevrilib-çevrilməyəcəyi qeyri-müəyyəndir. Bundan əlavə, ərəb dövlətlərinin Fələstin məsələsinin həlli istiqamətində nə keçmişdə, nə də hazırda qəti və konkret addımlar atdığına dair güclü bir göstərici yoxdur. İkinci olaraq, Misir, İordaniya və digər ərəb ölkələrinin ABŞ-dan aldıqları maliyyə yardımlarının kəsilməsi təhlükəsi ilə üzləşməsi, bu planın iqtisadi bir müharibə taktikası kimi dəyərləndirilməsinə səbəb ola bilər. Nəticə etibarilə, Trampın bu planı birbaşa hərbi müdaxilə xarakteri daşımamaqla yanaşı, ərəb dövlətlərinə iqtisadi təzyiq göstərərək strateji bir vasitə kimi istifadə edilə bilər”.

Y.Demirin fikirincə, Türkiyənin Qəzzədə bir muxtariyyət yaratması nə beynəlxalq hüquq, nə də coğrafi şərtlər baxımından mümkün olmadığı kimi, real yanaşma da deyil:

“Ərəb-İsrail münaqişəsi tarixi proses ərzində Türkiyənin xarici siyasət gündəmində mühüm yer tutmuşdur. Son həftələrdə Qəzzədə baş verən hadisələr də bu kontekstdə Türkiyənin diqqətini cəlb etmişdir.Türkiyə İsrailin ərazi genişləndirmə siyasətinə və fələstinlilərə qarşı hərbi müdaxilələrinə qarşı çıxmış, Qəzza blokadası və Mavi Mərmərə hücumu kimi beynəlxalq hüquq baxımından mübahisəli hadisələr səbəbindən diplomatik əlaqələrini yenidən dəyərləndirmək zərurəti hiss etmişdir. Türkiyənin xarici siyasəti hər bir dövlətin ərazi bütövlüyünə hörməti əsas prinsip kimi qəbul edir. Coğrafi mövqeyi və tarixi bağları səbəbindən bölgədəki hadisələrə laqeyd qalmayan Türkiyə, qonşu dövlətlərlə münasibətlərini daim ön planda tutmuş, müxtəlif dövrlərdə dəyişən xarici siyasət yanaşmalarına baxmayaraq, regional təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə sülhsevər mövqe sərgiləmişdir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri