“Sabah” səhvi təkrarlamadı sıx qrafikdən pozitiv notlarla
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Ötən mövsüm tarixində ilk dəfə çempion olan “Sabah” Misli Premyer Liqasında yoluna məğlubiyyətsiz davam edir.
Həm Çempionlar Liqasında, həm də liqada mübarizə aparan “bayquşlar” yaranan sıx qrafikdən üzü ağ çıxdı. 16 gündə 5 oyun keçirən “futuristlər” çempionatda uduzmadı, Çempionlar Liqasında isə bir qələbə qazandı, bir də məğlubiyyət yaşadı.
“Neftçi”, “Slaviya”, “Qəbələ”, “Borussiya” və “Qarabağ”la duellərə çıxan “Sabah” güc balansını qoruya bildi. Valdas Dambrauskas ağır təqvimdə bəzən rotasiyalara getdi, bəzən də buna ehtiyac duymadı. Komandasını tonusda saxlayan mütəxəssis geniş heyətin bəhrəsini gördü.
Ötən mövsüm “Qarabağ” sıx qrafikdə əsas diqqəti Çempionlar Liqasına verməklə, bəlkə də, daxili çempionatda qızıl medallardan oldu. Burada digər amil isə “atlılar”ın ehtiyat qüvvəsinin kifayət qədər gücdə olmaması idi. Ancaq “Sabah” bu səhvi təkrarlamadı. Yayda həm heyət genişləndirildi, həm də iki turnirdə diqqətdə saxlanıldı.
“Bayquşlar” indi qismən də olsa, ağır təqvimdən çıxıb. Qarşıda əsas iki sınaq qalıb. Liqada Tovuzda yerli komandanın qonağı olacaq “futuristlər” Çempionlar Liqasında isə Norveç səfərinə yollanacaq.
Turnir cədvəlində 20 xalla vahid lider olan “Sabah” ən yaxın izləyiciləri “Neftçi” və “Qarabağ”ı iki xal qabaqlayır. Komandanın ehtiyatda bir oyunu var və bu, potensial üç xal deməkdir.
Məşhur “Football Meets Data” portalı da Misli Premyer Liqası ilə bağlı təxminlərdə “Sabah”ın çempionluq şansını 62 faiz kimi dəyərləndirir.
Dambrauskasın yetirmələri tempi qışa qədər qoruya bilsə, çempionluq yolunda böyük addım atmış olacaq. Komanda indiki məqamda elə təsir bağışlayır ki, sanki liqada onları məğlub edən tapılmayacaq. Əsas rəqibləri “Neftçi” və “Qarabağ”la duellərdə çox güc sərf etmədən xal qazanan “Sabah” üçün hazırda əsas missiya xal fərqini qorumaq olacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Oktyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















