Trampın prezident seçilməsi münasibətlərdə müsbət fərqlilik yarada bilər Ərdoğan AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Trampın ABŞ-nin yeni prezidenti seçilməsi ilə Türkiyənin bu ölkə ilə münasibətlərində müsbət fərqlilik yarana bilər.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib:
"Bununla yanaşı, hələ ki, Ankara - Vaşinqton xətti üzrə gələcək münasibətlərə konkret proqnoz vermək tezdir, bunun üçün Tramp Administrasiyasının tam formalaşması, iki ölkə nazirləri və müvafiq qurumların əlaqələr yaratması və işləməsi lazımdır".
“Tramp administrasiyası iqtisadiyyatı əsas məqsədlərindən biri kimi görür. Türkiyə strateji coğrafi mövqeyi və gənc əhalisi ilə investisiya imkanları təklif edən bir ölkədir. Biz iki ölkə arasında ticarətin həcmini artırmaq və investisiyaları təşviq etmək üçün yeni imkanlar yarada bilərik. Xüsusilə enerji, infrastruktur və texnologiya sahələrində yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək mümkündür”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















