Peskov Trampın bəyanatlarında müsbət siqnallar olduğunu bildirib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Donald Tramp prezidentlik kampaniyası zamanı Ukrayna münaqişəsini sülhə gətirmək istəyindən danışıb. Bu, onu indiki ABŞ administrasiyasının kursundan müsbət şəkildə fərqləndirir”.
“Report”un məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
“Siqnallar müsbətdir. Tramp, seçki kampaniyası zamanı hər şeyi sövdələşmələr ilə dərk etdiyini söyləyib. O, sülhə gətirib çıxaracaq bir sövdələşmə edə bilər. Ən azından qarşıdurmadan yox, sülhdən danışır, Rusiyaya strateji məğlubiyyət vermək istəyindən danışmır və bu onu indiki administrasiyadan fərqləndirir. Bundan sonra nə olacağını söyləmək çətindir”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















