Icma.az
close
up
RU
Trampın Qəzza planı: HƏMAS razılaşarsa, bölgəyə kim nəzarət edəcək? ŞƏRH

Trampın Qəzza planı: HƏMAS razılaşarsa, bölgəyə kim nəzarət edəcək? ŞƏRH

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı təqdim etdiyi 21 maddəlik sülh planı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. İsrail baş naziri Benyamin Netanyahu planla razılaşdığını bəyan etsə də, HƏMAS-ın bu şərtləri qəbul edib-etməyəcəyi hələlik sual altındadır.

Əgər tərəflər razılığa gələrsə, Qəzzanın gələcək idarəetməsi, təhlükəsizlik mexanizmləri və bölgəyə humanitar yardımın koordinasiyası ilə bağlı ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Digər tərəfdən, Qəzzada vəziyyət getdikcə ağırlaşır — bölgədə həm İsrailin hava hücumları, həm də dərinləşən aclıq və humanitar fəlakət davam edir. Belə bir şəraitdə bu planın reallaşması həm siyasi, həm də insani baxımdan həlledici rol oynaya bilər.

Maraqlıdır, görəsən HƏMAS Trampın bu qərarı ilə razılaşacaqmı? Bu halda bölgənin nəzarəti kimin əlinə keçəcək? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov

Trampın Qəzza planı ideya baxımından maraqlı olsa da, onun praktik həyata keçirilməsi çoxsaylı mürəkkəb amillərdən asılıdır. Əvvəla, HƏMAS hərəkatı ABŞ-ın vasitəçiliyi ilə formalaşan hər hansı siyasi plana prinsipial şəkildə etimadsız yanaşır. Bu, uzun illərdir bölgədə formalaşan dərin inamsızlıq mühitinin nəticəsidir. Tramp administrasiyasının İsrailə açıq simpatiyası HƏMAS üçün Vaşinqtonun tərəfsizliyini sual altına salıb. Bu səbəbdən, HƏMAS-ın belə bir təşəbbüsə birbaşa razılıq verəcəyi inandırıcı görünmür.
Digər tərəfdən, Qəzzaya ABŞ-ın hərbi və ya inzibati nəzarətinin tətbiqi, bölgənin siyasi balansını kökündən dəyişə bilər. Belə bir ssenari Qəzzanı faktiki olaraq beynəlxalq idarəetmə zonasına çevirərdi. İsrail bunu təhlükəsizlik zəmanəti kimi dəstəkləyə bilər, lakin ərəb ölkələrinin çoxu bu modelə qarşı çıxacaq. Çünki bu, Qəzzanı Fələstin milli idarəçiliyindən uzaqlaşdıran addım kimi görünəcək.
Trampın planı daha çox regionda yeni siyasi nizamın formalaşmasına yönəlmiş test kimi dəyərləndirilə bilər. ABŞ üçün əsas hədəf burada birbaşa nəzarət deyil, enerji və təhlükəsizlik balansına nəzarət mexanizmini möhkəmləndirməkdir. HƏMAS isə bu planı qəbul etməklə öz legitimliyini sual altına sala bilər. Ona görə də HƏMAS-ın istənilən razılıq qərarı yalnız İran və Qətərin mövqeyi ilə uzlaşdırıla bilər.
Nəticə etibarilə, Qəzza planı ABŞ üçün regional nüfuzun bərpası, HƏMAS üçün isə mövcudluq məsələsidir. Planın uğuru yalnız Qərbin deyil, ərəb dünyasının da koordinasiyalı mövqeyindən asılı olacaq. Hələliksə, tərəflər arasında etimad mühiti formalaşmadan bu planın reallığa çevrilməsi mümkün görünmür.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri