Icma.az
close
up
RU
Trampın Qəzza və fələstinlilərlə bağlı inanılmaz açıqlamaları CNN

Trampın Qəzza və fələstinlilərlə bağlı inanılmaz açıqlamaları CNN

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağını "nəzarətə götürəcək" və bunun Amerika qoşunlarının iştirakı ilə baş verə biləcəyini istisna etməyib.  

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Tramp bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı səsləndirib.  

Tramp bildirib ki, ABŞ Qəzza zolağına nəzarət edərək 15 aylıq müharibədən sonra dağıdılmış əraziləri bərpa edəcək.  

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək və biz orada işimizi görəcəyik", – deyə Tramp Qəzzanın gələcəyini yeni "Rivyera" kimi təsvir edib.  

"Biz ona sahib olacağıq və ərazidə qalmış partlamamış təhlükəli bombaların və digər silahların ləğvinə cavabdeh olacağıq, bu ərazini təmizləyəcəyik və dağıdılmış binalardan azad edəcəyik", – deyə ABŞ prezidenti əlavə edib.  

Qəzzada təhlükəsizlik boşluğunu doldurmaq üçün ABŞ qoşunlarının göndərilməsi məsələsinə gəlincə, Tramp bunu tamamilə istisna etməyib.  

"Qəzza ilə bağlı lazım olanı edəcəyik. Əgər bu zəruridirsə, bunu edəcəyik. Biz bu torpaq parçasına nəzarət edəcəyik və onu inkişaf etdirəcəyik", – deyə Tramp bildirib.  

Trampın bu açıqlamaları "nəzarətin ələ alınmasının" hansı yollarla həyata keçiriləcəyi, bunun hüquqi prosedurlarının necə olacağı və xərclərin kim tərəfindən ödəniləcəyi barədə bir çox suallar yaradır.  

"Mən uzunmüddətli sahiblik mövqeyini görürəm və bu, Yaxın Şərqin bu hissəsinə, bəlkə də bütövlükdə regiona böyük sabitlik gətirəcək", – deyə Tramp jurnalistlərə bildirib.  

"Bu, asan qərar deyildi. Danışdığım hər kəs ABŞ-ın bu torpaq parçasına sahib olacağı, onu inkişaf etdirəcəyi və minlərlə iş yeri yaradacağı ideyasını bəyənir. Bu, möhtəşəm bir şey olacaq", – deyə Tramp əlavə edib.  

Bununla belə, Trampın planlarına əsasən, bu ərazilərdə demək olar ki, heç bir fələstinli qalmayacaq. O, çərşənbə axşamı bildirib ki, Qəzza sakinləri Yaxın Şərqdəki bir və ya bir neçə ölkə tərəfindən təmin edilən yeni yaşayış yerinə köçməlidir.  

"Niyə onlar (fələstinlilər) geri qayıtmaq istəməlidirlər? Bu yer cəhənnəmə çevrilib", – deyə Tramp bəyan edib və bu zaman bir jurnalistin "Çünki bu, onların evidir" deyə səsləndirdiyi etirazı görməzdən gəlib.  

Qəzzanın əvəzinə Tramp fələstinlilərə "yaxşı, təmiz və gözəl bir torpaq parçası" təqdim olunmasını təklif edib.  

Bundan əvvəl Tramp İordaniya və Misirin Qəzzadan gələn fələstinliləri "müvəqqəti və ya uzunmüddətli" olaraq öz ərazilərində qəbul etməli olduğunu bəyan etmişdi.  

Tramp bundan bir gün əvvəl BMT-nin Qəzza zolağına yardım göstərən agentliyinə gələcəkdə maliyyə ayırmağı qadağan edən fərman imzalayıb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri