Icma.az
close
up
RU
Trampın Qrenlandiyanı işğal cəhdinə AVropadan etiraz Bu, transatlantik ittifaqın sonu ola bilər.

Trampın Qrenlandiyanı işğal cəhdinə AVropadan etiraz Bu, transatlantik ittifaqın sonu ola bilər.

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasını nəzarətə götürmək istiqamətindəki iddialı planları yeni və daha təhlükəli mərhələyə qədəm qoyub.

“AzPolitika” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev administrasiyası artıq bu hədəfə çatmaq üçün hərbi variantları da istisna etmir.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt CNN-ə verdiyi açıqlamada bəyan edib ki, Tramp Qrenlandiya üzərində nəzarətin əldə olunmasını ABŞ-ınin milli təhlükəsizliyi üçün "həyati əhəmiyyətli" hesab edir. 

Xanım Levittin sözlərinə görə, Arktika regionunda rəqiblərin qarşısını almaq üçün bu addım qaçılmazdır: "Prezident və komandası bu xarici siyasət hədəfinə çatmaq üçün müxtəlif yolları müzakirə edir. Təbii ki, ABŞ Silahlı Qüvvələrindən istifadə variantı da Ali Baş Komandanın ixtiyarındadır və hər zaman masadadır".

Digər tərəfdən, "The Wall Street Journal" maraqlı bir iddia ilə çıxış edib. Dövlət katibi Marko Rubio Konqres üzvləri üçün keçirdiyi qapalı brifinqdə həmkarı Levittin sərt ritorikasını bir qədər yumşaltmağa çalışıb. Rubio bildirib ki, Ağ Evin əsas məqsədi adanı Danimarkadan satın almaqdır və hərbi müdaxilə "qaçılmaz" deyil. Lakin müşahidəçilər hesab edir ki, bu, sadəcə qanunvericiləri sakitləşdirmək üçün atılan diplomatik manevrdir.

Tramp özü isə mövqeini kifayət qədər sərt ifadə edir. O, yanvarın 4-də verdiyi bəyanatda adanın ətrafının Rusiya və Çin gəmiləri ilə dolu olduğunu vurğulayaraq deyib: "Qrenlandiya bizə mütləq lazımdır. Danimarka bu təhlükənin öhdəsindən gələ bilməz, mən sizə buna zəmanət verirəm". Prezidentin müşaviri Stiven Miller isə Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsini administrasiyanın "rəsmi mövqeyi" adlandırıb.

Vaşinqtonun bu iddiaları Avropada əsl şok effekti yaradıb. Danimarka Baş naziri Mette Frederiksen Trampın sözlərinin çox ciddi qəbul edilməli olduğunu vurğulayıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə ABŞ-nin ritorikasını "qətiyyən qəbulolunmaz" adlandırıb.

Avropanın aparıcı dövlətləri – Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa birgə bəyanat yayaraq ABŞ-ni xəbərdar ediblər. Onların fikrincə, NATO üzvü olan Danimarkaya qarşı hər hansı hərbi müdaxilə Alyansın 5-ci maddəsinin kobud şəkildə pozulması deməkdir ki, bu da Transatlantik ittifaqın sonu ola bilər.

Rəsmi sorğular göstərir ki, yerli əhalinin mütləq əksəriyyəti ABŞ-nin tərkibinə qatılmağın əleyhinədir. Lakin Tramp administrasiyası üçün strateji faydalı qazıntılar və Arktikada hərbi üstünlük yerli xalqın rəyindən daha mühüm görünür.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri