Icma.az
close
up
RU
Trampın Rusiyaya bu qədər yumşaq münasibətinin səbəbi nədir? Politoloq

Trampın Rusiyaya bu qədər yumşaq münasibətinin səbəbi nədir? Politoloq

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Putin Trampın zəif nöqtəsini yaxşı bilir və belədə onu təmin edib, öz tərəfinə çəkir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsində Rusiyaya yumşaq münasibət sərgiləməsinin səbəblərindən danışarkən deyib.

Qabil Hüseynlinin sözlərinə görə, məlum olan odur ki, vaxtilə Tramp Rusiya KQB-nin agenti olub:

"Bunu sübut edən onun rus hərbi geyimində fotoşəkilləri və digər məlumatlardır ki, bu məslələr Senatda da səsləndirilib. İndi də o prezident olaraq bu xidməti vəzifəsini yerinə yetirməkdədir. İkinci məqam Rusiya prezidenti Vladimir Putinin Qərb ölkələrinin liderlərini rüşvətlə ələ almaq qabiliyyətilə bağlıdır. Putin Trampla ilk telefon danışığında ona Şimal Buzlu okeanını, Rusiyanın neft-qaz sərvətləri üzərində nəzarəti vəd edib. Tramp isə göründüyü kimi, hədsiz var-dövlətə sahib olmasına baxmayaraq, daha yeni-yeni sərvətlər əldə etməkdə maraqlıdır. Yəni belə məsələlər gündəmə gələndə o, əvvəlki müttəfiqlərini ataraq, çox asanlıqla qarşı tərəfə meyl edir. Trampın bu hərəkəti Qərb ideyalarına xəyanətdir. Onun əsas məqsədi gəlirlərini artırmaqdır. Putin də onun bu zəif nöqtəsini yaxşı bilir və belədə onu təmin edib, öz tərəfinə çəkir".


Qeyd edək ki, "The Washington Post"un məlumatına görə, Trampın Rusiyanı atəşkəsə razı olmağa məcbur etməməsi, ona işarədir ki, o müharibəni dayandırmaq yolunda danışıqlardan uzaqlaşa bilər. Prezident Tramp və komandası tərəfindən son həftələr gələn siqnallar nəşrin iddiasına görə, məhz buna işarədir. Hətta bildirilir ki, Tramp danışıqların pozulmasına görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə də maraqlı deyil. Çünki onun əsas məqsədi amerika biznesinin inkişafına nail olmaqdır. 

Trampın Rusiyaya münasibətdə yumşaq mövqeyi Avropada kəskin etiraza səbəb olub. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Trampla Putinin telefon danışığı uğursuzluğa düçar olub. Avropa Trampdan fərqli olaraq Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsini istəyir ki, Moskva sülhə meyilli olsun. Bir sözlə, Tramp müttəfiqləri ilə müqayisədə Rusiyaya daha yaxın olması ilə seçilir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri