Icma.az
close
up
RU
Trampın “Şərq“ planı işə düşür: Qəzza ilə bağlı münaqişəyə birdəfəlik son qoyulur?

Trampın “Şərq“ planı işə düşür: Qəzza ilə bağlı münaqişəyə birdəfəlik son qoyulur?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək üçün 21 maddəlik sülh planı açıqlayıb. Plan çərçivəsində Qəzzaya nəzarət ABŞ və Britaniyanın rəhbərliyi altında yaradılacaq “Sülh Şurası”na veriləcək. Şuraya Donald Tramp sədrlik edəcək, üzvlər arasında Britaniyanın keçmiş baş naziri Toni Bleyer də yer alacaq. Plan bəzi müsəlman ölkələri və Fələstin Muxtariyyəti tərəfindən müsbət qarşılanıb.  Bəs bundan sonra Qəzzanı nə gözləyir? 

Trampın irəli sürdüyü bu planın reallaşma ehtimalı nə qədərdir?

Moderator.az-a açıqlama verən politoloq Anar İsayev deyib ki, ABŞ administrasiyasının elan etdiyi 21 maddəlik sülh planının mahiyyəti  Qəzzada müharibənin dayandırılması, mülki idarəetmənin beynəlxalq nəzarətə verilməsini  nəzərdə tutur:

““Sülh Şurası” modelində ABŞ və Britaniya ön plana çıxır, Donald Tramp isə sədr kimi göstərilir. Bu, həm Qərbin bölgəyə birbaşa siyasi təsirini möhkəmləndirmək, həm də müharibənin diplomatik həllinə “liderlik etmək” niyyətidir.Qəzzanın gələcək idarəetməsində Fələstin Muxtariyyəti və bəzi müsəlman ölkələrinin dəstəyi nəzərdə tutulsa da, əsas qərar mexanizmi Qərbin əlində olur.

Buna görə də HƏMAS və ona yaxın qüvvələr bu planı “işğalın başqa forması” kimi qələmə verə bilər. Onların müqaviməti planın əsas zəif nöqtəsidir.

İran, Türkiyə kimi regional güclərin də bu modelə münasibəti əsas amillərdən sayıla bilər. Belə ki,onların etirazı reallaşmanı çətinləşdirə bilər.Həmçinin "Sülh Şurası" modelində Donald Trump sədr kimi göstərilməsi bəzi ölkələrin etrazına səbəb ola bilər.Çünki o, tərəfsiz vasitəçi deyil.

Planın həyata keçməsi üçün ən azı ABŞ-İsrail razılığı, ərəb ölkələrinin (xüsusən Səudiyyə Ərəbistanı, Misir, Qətər) iştirakı və HƏMAS-ın təsirsizləşdirilməsi şərtdir. Hazırkı gedişatda bu, çətin, amma tamamilə mümkünsüz deyil”.

Politoloq qeyd edib ki, qısamüddətli perspektivdə  atəşkəs, humanitar yardım və mülki idarəetmədə sabitlik təmin oluna bilər. Bu, bölgə əhalisi üçün müsbət nəticədir:

“Uzunmüddətli perspektivdə isə Qəzzanın özünəidarəetmə və müstəqillik tələbləri gözardı edilərsə, “Sülh Şurası”nın qərarları yeni qarşıdurmalara zəmin yarada bilər. Fələstin məsələsinin əsas – dövlətçilik və sərhəd – problemini həll etmədiyi üçün bu modelin dayanıqlı sülh gətirmə ehtimalı aşağıdır.

Bu plan, daha çox müvəqqəti idarəetmə və böhranı dondurma mexanizmi kimi görünür. Sülhü uzunmüddətli təmin edə bilmək üçün Fələstin dövlətçiliyi məsələsi və İsrailin siyasi mövqeyi əsas rol oynayacaq”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri