Icma.az
close
up
RU
Trampın START siyasəti: Güzəşt və yeni razılaşma hədəfi (ŞƏRH)

Trampın START siyasəti: Güzəşt və yeni razılaşma hədəfi (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Tramp daha çox marketoloq siyasəti, yəni biznes təfəkkürü ilə hərəkət edir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Prezidenti Donald Trampın Strateji Hücum Silahları (START) müqaviləsinin uzadılması əvəzinə yeni razılaşma üzərində işləmək niyyətini şərh edərkən deyib.

Ekspert bildirib ki, Tramp öz fikrində dayanaraq strateji hücum silahları ilə bağlı məsələdə yeni razılaşmaya nail olmaq üçün Vladimir Putinin də onun təklifini qəbul etməsinə çalışacaq:

"O, merkantil siyasətçidir, şəxsi və dövlət maraqlarını güdür. Tramp bu fonda məqsədinə çatmaq üçün Ukrayna cəbhəsində hətta Rusiyaya güzəştə də gedə bilər".


Üzeyir Şəfiyev əlavə edib ki, ABŞ-ın yeni xarici siyasət və təhlükəsizlik doktrinasında Rusiyanı düşmən kimi deyil, əməkdaşlığa meylli vacib dövlət kimi qiymətləndirir:

"Tramp Rusiya ilə əməkdaşlıqda maraqlıdır, onu parçalamaqda yox. ABŞ Rusiyanın idarəolunan vəziyyətdə olmasını istəyir. Strateji Hücum   Silahları ilə bağlı Trampla Putin arasında hansısa razılaşmaların mövcudluğu görünür".

Konfliktoloq həmçinin qeyd edib ki, post-Tramp dövrünü nəzərə almaq vacibdir: 

"Tramp Bayden administrasiyası dövründə qəbul edilmiş bir çox qərarları ləğv edən sərəncamlar verib. Post-Tramp dövründə hakimiyyətə gələn qüvvə də indiki Prezidentin kursuna qarşı çıxa bilər. Dünya artıq keçici xarakter daşıdığının fərqindədir və Trampın siyasi şouları ona görə o qədər də ciddiyə alınmır. Bu baxımdan, Strateji Hücum Silahları məsələsində də post-Tramp dövrünü nəzərə almaq lazımdır".

Qeyd edək ki, 2010-cu ildə Vaşinqton və Moskva arasında bağlanan START müqaviləsinin qüvvədə olma müddəti dünəndən başa çatıb. Bu fonda Rusiya müqavilənin uzadılmasında maraqlı görünür.  ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkə hesabında yazıb ki, müqavilənin sadəcə uzadılması əvəzinə, uzun müddət qüvvədə qala biləcək yeni, modernləşdirilmiş razılaşma hazırlanmalıdır:

"ABŞ tərəfi üçün zəif razılaşdırılmış və kobud şəkildə pozulan START müqaviləsini uzatmaqdansa, nüvə üzrə mütəxəssislərimizə gələcəkdə qüvvədə qala biləcək yeni və daha yaxşı saziş hazırlamağı tapşırmalıyıq”.

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri