Icma.az
close
up
RU
Trampın sülh planı ərazi güzəştləri olmadan gerçəkləşə bilməyəcək The Times

Trampın sülh planı ərazi güzəştləri olmadan gerçəkləşə bilməyəcək The Times

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu sülh planının işləməsi üçün Ukraynada ABŞ və Avropa qoşunlarının yerləşdirilməsi lazım gələcək..."

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən sonra Ukraynadakı müharibəni cəmi 24 saat ərzində bitirəcəyinə söz verib. Lakin o, bu münaqişəyə son qoymağın heç də asan bir vəzifə olmadığını qəbul etməli olub.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Nəşr qeyd edir ki, Tramp öz inauqurasiya çıxışında Ukraynadan bəhs etməyib. Bununla belə, ABŞ prezidenti müharibəni bitirməyi prioritet hesab etdiyini dəfələrlə vurğulayıb.

Hazırda Tramp administrasiyası daha az iddialı bir öhdəlik götürüb, bu da müharibəni bir neçə aya bitirməkdən ibarədir. "The Times" qeyd edir ki, bu, daha real müddət  ABŞ-ın bu münaqişədə gücünün hətta müəyyən hədləri olduğunu nəzərə alır.

Bildirilir ki, nə Ukrayna, nə də Rusiya müharibədə böyük itkilərdən sonra geri çəkilmək niyyətində deyil. Ağ Evdə rəhbərliyin dəyişməsi belə bunu dəyişməyəcək.

ABŞ prezidenti "Rusiyaya zərər vurmaq istəmədiyini" və "rus xalqına sevgisini" bəyan edib. O, vurğulayıb ki, Moskva ilə razılaşmaq mümkün olmasa, Rusiya və onun müttəfiqlərinə qarşı əlavə sanksiyalar tətbiq etməyə məcbur olacaq.

Nəşr qeyd edir ki, sanksiyalar Rusiyadan enerji daşıyıcılarının əsas alıcıları olan Çin və Hindistana da şamil oluna bilər. Bununla yanaşı, Moskvaya qarşı Ukraynaya hərbi yardımın artırılması təhdidi də böyüyür. Bu barədə Trampın müşaviri Robert Uilki bildirib.

Rusiyanın öz iqtisadi problemlərini gizlətməyə çalışmasına baxmayaraq, onların mövcud olduğu açıq-aşkardır. Nəşrdə qeyd olunur ki, saxta rəsmi məlumatlar 16-30 faizlik real inflyasiyanı və müharibə veteranlarına verilən müavinətlərin azaldılması ilə bağlı dövlət maliyyə yükünü gizlədə bilmir.

Bu arada Zelenski ABŞ müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, səfərbərlik yaşını 18-ə qədər azaltmaq istəmir. Nəşr xatırladır ki, çağırışla bağlı belə bir dəyişiklik siyasi baxımdan fəlakətli ola bilər.

Nəşr vurğulayır ki, Trampın sülh planı, çox güman ki, ərazi güzəştləri olmadan mümkün olmayacaq. Bu, Ukrayna üçün ərazilərinin beşdə birindən faktiki imtina etməsi deməkdir. Bunun əvəzində Kiyev Qərbdən təhlükəsizlik zəmanətləri alacaq.

Trampın sülh planının işləməsi üçün Ukraynada ABŞ və Avropa qoşunlarının yerləşdirilməsi lazım gələcək, nəşr yazır. Bu, Putin üçün strateji məğlubiyyət ola bilər, lakin onun hakimiyyətdə qalması mümkün olacaq.

Müharibənin başa çatdırılması ilə bağlı danışıqlar - mühüm xəbərlər

Bundan öncə Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinə "sarsıdıcı zərbə vurmaq" lazım olduğunu başa düşəndə danışıqlar prosesi düzgün məcraya düşəcək. Ukraynalı diplomat qeyd edib ki, Rusiya prezidenti ilə yalnız güc mövqeyindən danışmaq mümkündür.

Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda Rusiya ilə danışıqların niyə baş tutmadığını izah edib. Onun sözlərinə görə, Rusiya Ukraynadan uzaqmənzilli silahlarından tamamilə imtina etməsini tələb edib və ultimatium irəli sürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri