Icma.az
close
up
RU
“Trampın sülh planı NATO nu parçalaya bilər“ “The Wall Street Journal“

“Trampın sülh planı NATO nu parçalaya bilər“ “The Wall Street Journal“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Putin NATO-nu hərbi yolla məğlub edə bilməyəcəyini anlayır, ona görə də onun əsas strategiyası Alyansı daxildən sarsıtmaqdır..."

Donald Trampın komandası Ukrayna müharibəsi üzrə sürətli sülh razılaşması üzərində işləyir. Lakin Avropada bu təşəbbüs NATO-nun birlik prinsipini sarsıdan, Rusiyaya isə strateji üstünlük verən bir proses kimi qiymətləndirilir.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Tramp administrasiyasının addımları və Avropanın sualları

Məqaləyə görə, Trampın xüsusi elçisi Stiv Uitkoff Moskva ilə növbəti danışıqlar raundu üçün artıq Rusiyaya gedib. Eyni zamanda, ABŞ-ın Dövlət katibi Marko Rubio NATO-nun xarici işlər nazirlərinin yarımillik iclasını buraxır - bu, 1999-dan bəri ilk belə hadisədir. Analitiklər bunu təsadüfi saymır və belə nəticəyə gəlirlər: "Bu, Avropada Vaşinqtonun NATO-ya və ümumən transatlantik təhlükəsizlik sisteminə sadiqliyinə dair ciddi şübhələr yaradır".

Sülh planının mahiyyəti və reaksiyalar

Hazırlanan 28 maddəlik plan Ukraynanın ciddi güzəştlərini nəzərdə tutur: ərazilərdən geri çəkilmə, ordunun məhdudlaşdırılması, ABŞ və NATO tərəfindən gələcək təhlükələrə qarşı zəmanətin olmaması. Bu modeldə ABŞ təhlükəsizlik tərəfdaşı kimi yox, daha çox vasitəçi kimi çıxış edir.

Münhen Bundesver Universitetinin professoru Karlo Masala planı belə təsvir edir: "Bu, Versal müqaviləsidir, sadəcə fərq ondadır ki, burada cəzalandırılan tərəf qurban, mükafatlandırılan isə təcavüzkardır". Avropa liderləri də sərt mövqe göstərir. Polşanın baş naziri Donald Tusk bunu "qəbulolunmaz" adlandırır. 

Finlandiyanın keçmiş xarici işlər naziri Pekka Haavisto isə deyib: "Planın detallarını ilk dəfə mediadan öyrənmək NATO-nun siyasi mexanizminin işləmədiyini göstərir". Fransa prezidenti Emmanuel Makron: "Əgər Avropa olmasaydı, Putin və Tramp çoxdan razılığa gəlmişdi". 

NATO üçün parçalanma riski var

Mütəxəssislərin fikrincə, bu plan Alyansı dərin böhrana sala bilər. ABŞ ordusunun istefada olan leytenant-generalı Ben Hoces deyir: "Bu, Rusiyanın arzuladığı ssenaridir. Kreml uzun illərdir ABŞ ilə Avropa arasında uçurum yaratmağa çalışır və indi bu məqsədə çox yaxındır". Nəşr qeyd edir ki, Putin NATO-nu hərbi yolla məğlub edə bilməyəcəyini anlayır. Ona görə də onun əsas strategiyası Alyansı daxildən sarsıtmaqdır.

Britaniya ordusunun keçmiş zabiti Ed Arnold isə xəbərdarlıq edir: "Rusiya siyasi baxımdan demək olar ki, qələbə həddindədir. Bu plan transatlantik ittifaq daxilində kəskin parçalanma yarada bilər". Jurnalın yekun qiymətləndirməsi belədir: "Bu format Rusiyaya təxminən amnistiya verir, ona G-8 klubuna qayıtmaq və ABŞ-la xüsusilə Arktikada iqtisadi əməkdaşlıq planlarını icra etmək imkanı tanıyır".

Növbəti addımlar

Məlumata görə, yaxın günlərdə Moskva danışıqlarına Trampın illərdir biznes tərəfdaşı olan Stiv Uitkoff və kürəkəni Cared Kuşner də qoşulacaq. Onların hər ikisinin rəsmi diplomatik statusu yoxdur, lakin Tramp onları əsas vasitəçilər hesab edir. Ağ Ev isə nikbindir və hesab edir ki, Ukrayna üzrə razılaşma yaxın vaxtlarda mümkün ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri